5 Sentyabr 17:25

Vakansiya: Proqram Meneceri

“Youth Inc.” Sahibkarlıq Proqramı uğurlu inkişafını davam etdimək məqsədilə VAKANSİYA elan edir.

Əsas vəzifə və öhdəliklər, eləcə də namizədə qarşı tələblərlər barədə ərtaflı məlumatları diqqətinizə çatdırırq.
Əsas vəzifə və öhdəliklər:

• Layihələrin, təlim və tədbirlərin təşkili, layihə barədə təqdimatların hazırlanması;
• Tədris proqramının yaradılması və adaptasiyası
• Layihənin təşkili istiqamətində çıxacaq maneələri həll etmək və öz səlahiyyətləri daxilində qərarları vermək;
• Uşaq psixologiyasını anlamalı, onlarla düzgün rəftar qurmalı, stressə dözümlü olmalı
• Layihə tələblərinin müəyyənləşdirilməsi üçün görüşlərin keçirilməsi, təşkili və koordinasiyası. Görüşlərin nəticəsi barədə hesabatların hazırlanması;
• Layihə qrafiki ərzində ciddi tapşırıqları yerinə yetirilməsi
• Bir neçə tapşırıqların eyni zamanda idarə edilməsi, prioritetləri təyin etmək bacarığı
• Strateji əhəmiyyətli tərəfdaşlarla, mövcud və potensial əməkdaşlarla güclü əlaqələrin qurulması və inkişaf etdirilməsində iştirak etmək
• Mütəmadi olaraq, işin statusu ilə bağlı rəhbərliyə məlumat vermək və uyğun hesabatları hazırlamaq
• Peşəkar prezentasiyaların hazırlanması və təqdim edilməsi;
Namizədə qarşı tələblər:
Təhsil və Təcrübə:
• Minimum bakalavr dərəcəsi tələb olunur. Psixologiya və ya pedaqogika üzrə magistr və ya doktorantura dərəcələrinin olması arzuolunandır.
• Uşaqlarla işləmək təcrübəsinin olması üstünlük hesab olunur.
• Biznes sahəsində təcrübə arzuolunandır
• Yeniyetmə uşaqlarla düzgün işləmək bacarığı
• Komanda idarəetməsində minimum 3 illik idarəetmə təcrübəsinə malik olması.
• Büdcə və maliyyə ilə işləmə təcrübəsi, eləcə də sahibkarlıq yönümlü fundreyzinq təcrübəsinin olması vacibdir.
• Yüksək səviyyəli ingilis dili və rus dili biliyinin olması.
Bilik, Bacarıq və Səriştələr:
• Liderlik
• Analitik düşünmə qabiliyyəti
• Ünsiyyətçilik və çevik qərar vermə qabiliyyəti
• Yerli və beynəlxalq təhsil təcrübələri haqqında məlumatlı və bilikli olmalı
• Müxtəlif təbəqələrdən olan auditoriyalarla, yazılı və şifahi nitq vasitəsilə effektiv ünsiyyət yaratmaq qabiliyyəti.
• Psixoanaliz bacarığı
• Yüksək təsiretmə və motivasiya bacarığı
Əmək haqqı: Əmək haqqı fərdi olaraq razılaşdırılır və namizədin təcrübəsindən asılı olaraq dəyişir.
İş vaxtı :
• Həftənin bazar ertəsi – cümə günləri saat 09:00-18:00 arası
• Həftənin şənbə günləri yarım iş rejimi

Müraciət etmək üçün CV-nizi 20.09.2016 tarixi, saat 21:00-a qədər “Proqram Menecer” başlığı ilə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Bəyən və paylaş

Rəylər

rəy(lər)