8 Yanvar 19:28

Vakansiya: Psixoloq

VƏZİFƏ: PSİXOLOQ
Azərbaycanın milli təhsil brendi “İstək” liseyi komandasını təkmilləşdirməyə davam edir. Komandamızın bir üzvü olmaqla siz Bakı, Ağdaş, Mingəçevir, Gəncə, Şirvan, Lənkəran, Quba şəhərlərindəki kampuslarımızda PSİXOLOQ kimi bilik və bacarıqlarınızı inkişaf etdirə, Azərbaycan təhsilinə öz töhfənizi verə bilərsiniz.
ƏSAS VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:
– Hər bir yaş mərhələsində uşaqların hərtərəfli – şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılması;
– Təlim prosesi zamanı və psixi inkişaf sahəsində uşaqlarda müxtəlif “problemlərin” müəyyən edilməsi və onlara lazımi psixo-pedaqoji köməklik göstərilməsi;
– Uşaqların şəxsi keyfiyyətləri və intellektual inkişafındakı pozğunluqların profilaktikası üzrə işlərin aparılması;
– Mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə işlərinin aparılması;
– Mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə diaqnostik işlərin aparılması;
– Rəhbərlik tərəfindən tələb edilən hesabatların vaxtında təqdim edilməsi;
– Məktəbdaxili nizam-intizam qaydalarına əməl etməyən, zəif oxuyan və istedadlı şagirlərlə fərdi işlərin aparılması;
– Sistematik olaraq, prosedur qaydalara əməl etmək şərtilə şagirdlərlə konsultasiya işlərinin aparılması.
TƏLƏBLƏR:
– Psixologiya, sosial psixologiya, təhsildə sosial-psixoloji iş ixtisaslarından biri üzrə ali təhsil; – Azərbaycan dili biliyi;(rus və ya ingilis dilin bilənlərə üstünlük verilir) – “Microsoft” ofis proqramlarından istifadə bacarığı; – SPSS proqramını bilməsi arzu olunandır;
DİGƏR XÜSUSİ TƏLƏBLƏR:
– Yaş həddi 45-dən çox olmayaraq; – Məsuliyyətli; – Kollektivdə işləmə bacarığı olan; – Kişi namizədlərə üstünlük veriləcək.
ƏLAVƏ MƏLUMAT:
– İş qrafiki: tam ştat – İş müddəti: daimi
Son müraciət tarixi: 15.01.16
Müraciətlər [email protected] e-poçt ünvanına PSİXOLOQ başlığı ilə göndərilməlidir.
Məlumat üçün qeyd edək ki, “İstək” liseyi bütün təhsil səviyyələri üzrə fəaliyyət göstərən ümumtəhsil müəssisəsidir. Lisey Azərbaycan Respublikası Təhsil Nazirliyinin 074503 №-li lisenziyası əsasında Bakı, Quba, Şirvan, Lənkəran, Ağdaş, Mingəçevir və Gəncə şəhərlərində fəaliyyət göstərir. Liseyin məqsədi fərdi inkişaf proqramı əsasında dövlət təhsil standartlarının tələblərinə cavab verən, beynəlxalq təhsil və xüsusi proqramların imkanlarını təqdim etməklə, milli dəyərləri qorumaqla, ümumbəşəri dəyərlərə açıq, bilikli, səriştəli, əxlaqlı və sosial məsuliyyətli şəxsiyyət yetişdirməkdən ibarətdir. “İstək” liseyi IB (International Baccalaureate/Beynəlxalq Bakalavriat) Diplom Proqramı (DP) üzrə namizəd məktəb, rəsmi olaraq nəticələri 175 ölkənin universitetlərində qəbul olunan SAT imtahanı mərkəzidir və “Kembric məktəbi” (Cambridge school) statusuna malikdir.
Bəyən və paylaş

Rəylər

rəy(lər)