#
19 Noyabr 15:34

Vakansiya: QRAFİK DİZAYNER

DİZAYNERLƏRİN DİQQƏTİNƏ:
Mehriban və yaradıcı komandaya dizayner axtarılır.
Bu vakansiya sizə və ya dost siyahınızda olanlar üçün maraqlı ola bilər. Maraqlananlar CV-lərini portfolioları ilə birlikdə elanda göstərilən ünvana göndərə bilərlər.
VƏZİFƏ: QRAFİK DİZAYNER
ƏSAS VƏZIFƏ VƏ ÖHDƏLIKLƏR:
– Komanda ilə görüşlərdə iştirak edib dizaynlarla bağlı qərarvermə prosesində iştirak;
– Kommunikativ məqsədlərə uyğun dizayn təkliflər paketinin hazırlanması;
– Yeni dizayn konseptlərinin tərtibi və brandbook-un hazırlanması;
– Mövcud dizayn konseptin redaktəsi və konseptin inkiaf etdirilməsi;
– Müvafiq konsept çərçivəsində dizayn materiallarının tərtibi və çap üçün hazırlanması;
– Mütəmadi olaraq yeniliklərin araşdırılması və təkliflər verilməsi;
– Tələb olunan ölçü və keyfiyyətə uyğun olaraq dizaynların hazırlanması və çap olunması prosesinə nəzarət;
– Gündəlik və dövri dizayn materiallarının hazırlanmasının təmin edilməsi və prosesə nəzarət;
TƏLƏB OLUNAN BİLİK, BACARIQ VƏ XÜSUSİYYƏTLƏR:
– Proqramlar: Adobe Photoshop, Corel Draw və Adobe İllustrator proqramlarında işləmə bacarığı;
– Namizədin yaşı: 22-30 yaş
– Gərgin iş şəraitində işləmə bacarığı
– Strateji düşüncə
– Kreativ təfəkkür
– Dil bilikləri: Azərbaycan və ingilis dili
– Rus dilini bilənlərə üstünlük verilir
TƏLƏB OLUNAN TƏHSİL VƏ İŞ TƏCRÜBƏSİ:
– Ali təhsilli olmalı;
– Müvafiq sahədə 2 ildən çox iş təcrübəsi;
ƏLAVƏ MƏLUMAT:
– İş qrafiki: tam ştat
– İş müddəti: daimi
– Son müraciət tarixi: 20.11.15
Müraciətlər [email protected] elektron ünvanına DİZAYNER başlığı ilə dizaynerin portfoliosu əlavə olunmaqla göndərilməlidir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)