“Xalq Sığorta” Şəmkir filialına kassir vəzifəsinə işçi qəbulu elan edib.Maliyyə və hüquq sahəsində magistr təhsili alan, bank və ya kredit təşkilatında təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi dekabr ayının 30-dur.
Namizədə dair tələblər:
• Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili (və ya ona bərabər tutulan təhsil səviyyəsi);
• Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
• Bank və ya bank olmayan kredit təşkilatında təcrübəarzuolunandır ;
• Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
• Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
• Riyazi hesablama aparmaq qabiliyyəti;
• Mükəmməl kommunikasiya və insanları inandırma qabiliyyəti;
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
• Yüksək qavrama və öyrənmə qabiliyyəti;
• İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
• Kompyuter bilikləri:
Vəzifə öhdəlikləri:
• Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə uyğun olaraq kassa əməliyyatlarının aparılması;
• Əməliyyat gününün sonunda bütün valyutalarda nağd vəsait qalığının hesablanması;
• Nağd vəsaitlərin çeşidlənməsi;
• Bankomatların yüklənilməsi və boşaldılması.
İş qrafiki: 09:00 – 18:00/Bazar ertəsi – Cümə
Şəhər: Şəmkir
Əmək haqqı: (380 AZN-dən 700 AZN-dək)
Qeyd : Bank təcrübəsi olmayan namizədlər əmək haqqı (380AZN) ödənilməklə stajçı kassir götürülə bilər.
Tələblərə uyğun namizədlər CV-lərini [email protected] ünvanına göndərə bilərlər.(Məktubun subject qrafasında “Kassir” sözü qeyd edilməlidir)
Əlaqə vasitələri :
E – mail : [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34