27 Oktyabr 18:41

Vakansiya: SMM menecer

VAKANSİYA!
Brandup Digital Agency 2 SMM menecer axtarışındadır. SMM menecer deyib keçmək istəmirəm, çünki o insan həqiqətən dünyagörüşlü və təcrübəli olmalıdır. Bizə sözün əsl mənasında canavarlar lazımdır, çünki iş çox məsuliyyətlidir.
Ortaq tələblər:

– Şəxsən sosial mediada aktiv olmalı
– Stress altında işə hazırlıqlı olmalı
– Bundan əvvəl bu sahədə təcrübəsi olmalı
– Bu işi sevməli və yorulmadan etməyə hazır olmalıdır
– Orfoqrafiya və qrammatika ilə çox yaxşı münasibətdə olmalı
– Maraqlı insan olmalıdır
Fərqli tələblər:
– Rus dilində mükəmməl yazı qabiliyyəti (Azərbaycan və İngilis dili biliyi üstünlükdür)
VƏ YA
– Azərbaycan və İngilis dillərində mükəmməl yazı qabiliyyəti (Rus dili biliyi üstünlükdür)
İş saatları: 10:00-19:00 (həftənin 6 günü)
İş yeri: BrandUpın ofisi (Metroparka yaxın)
CV və ya resumelərinizi [email protected] ünvanına göndərməyiniz tələb olunur. QEYD: CV-lər yalnız sabah(28 oktyabr) 18:00-a qədər qəbul olunur.
Bütün növ suallar üçün ismarıc bölməsinə yaza bilərsiniz.

Bəyən və paylaş

Rəylər

rəy(lər)