19 Noyabr 15:47

Vakansiya : Təchizatçı ( Satınalma üzrə mütəxəssis)

Vakansiya : Təchizatçı ( Satınalma üzrə mütəxəssis);

Əmək haqqı: 400 – 600 AZN;

Əmək şəraiti: 5 günlük iş həftəsi, 09.00 – 18.00; şənbə günü 09.00 -13.00

,

İşəgötürən: «Sentra» şirkəti – Təhlükəsizlik, videomüşahidə sistemləri, avtomatlaşdırma, İT sistemlərinin inteqrasiyası;

Yaş: 22 – 30;

Təhsil: Ali İqtisadi təhsil;

İş təcrübəsi: Satınalma sahəsində 1 ildən az olamayaraq iş təcrübəsi.

Tələblər:

22-30 yaş arası kişilər;
Ali İqtisadi təhsil;
Dillər : azərbaycan dili – mükəmməl, rus, ingilis, türk dilləri – orta səviyyə;
Microsoft Office proqramları – mükəmməl, 1C proqramı – yaxşı səviyyə;
Professional bacarıqlar:

Standart müqavilələr və onların bağlanması qaydaları;

Müvafiq sənədləşmənin aparılmasına dair tələbləri;
Qiymətqoymanın əsaslarını, taktikasını və strategiyasını;
Marketinq əsaslarını;
Satınalmanın, alışların təşkili prinsiplərini;
İş danışıqlarının aparılması;
Şəxsi keyfiyyətlər:

Nəticəyə yönəlik;
Ünsiyyət qurma bacarığı;
Kollektivdə işləmək bacarığı;
Məsuliyyətli və intizamlı;
Öyrənmək qabiliyyəti;
Vəzifə təlimatı:

Alışların təşkili və həyata keçirilməsi ( tədarükçülərin axtarılması, onlarla yazışmaların və danışıqların aparılması, təkliflərin yığılması və qiymət cədvəllərinin hazırlanması,sənədlərin rəsmiləşdirilməsi );
Maddi-texniki resursların alınmasına dair marketinq məlumatının operativ surətdə əldə olunması mümkünlüyünü təşkil edilməsi və bazarda mövcud və yeni daxil olan ən səmərəli tədarükçülər və onların təklif etdikləri mallar siyahısını (kartoteka) saxlamaqla daimə yeniləşdirilməsi;
Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını (foto şəkililə) [email protected] elektron poçt ünvanına göndərə bilərlər.Göndərilən məktubun “mövzü” yerində “təchizatçı” qeyd edin.

Bəyən və paylaş