10 Avqust 21:54

Vakansiya: Təlim koordinatoru

Təlim koordinatoru vakansiyası

Alpha Coaching & Consulting şirkəti Təlim koordinatoru vakansiyası üzrə işçi qəbulu elan edir.

Tələblər:

Ali təhsil;
Azərbaycan və rus dillərində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq. İngilis dilini yaxşı (upper-intermediate) səviyyədə bilmək;
Microsoft Office proqramlarında, xüsusən Power Pointdə sərbəst işləmək bacarığı.
Tələb olunan şəxsi keyfiyyətlər:

Proaktiv və pozitiv düşüncə tərzinə sahib olmaq;
Gülərüz olmaq və etik qaydalara qarşı həssas davranmaq;
Sərbəst ünsiyyət qurma və biznes danışıqlarını aparma bacarığına sahib olmaq;
Problemlərə deyil, həllərə fokuslanan olmaq;
Əzmkar və iddialı insan olmaq;
Şəxsi inkişafına əhəmiyyət verən insan olmaq.
İş haqqında məlumat:

Təlim proqramlarının hazırlanmasında, müvafiq materialların tərcümə olunub, təlimin aparılacağı dilə uyğunlaşdırılmasında iştirak etmək;
Təlim, seminar və bənzər proqramların təşkil olunmasında yaxından iştirak etmək;
Sifarişçi şirkətlər və şəxslərlə koordinasiyanın təmin olunmasında iştirak etmək;
Şirkətin təlim proqramlarına yeni müştərilərin cəlb olunmasını təmin etmək.
İş şərtləri:

Iş vaxtı: Həftənin 5 iş günü, saat 09.00-18.00 arası;
Maaş: 400 AZN + təlim satışlarından daxil olan bonuslar;
İşçi və işəgötürən münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinin əsasında tənzimlənir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CVlərini 31.08.2016 tarixinədək [email protected] elektron ünvanına (mövzu hissəsində “Təlim koordinatoru” qeyd olunmalıdır) göndərə bilərlər.

Yalnız qısa siyahıya (short list) daxil edilən namizədlər iş görüşməsinə dəvət olunacaq.

Bəyən və paylaş

Rəylər

rəy(lər)