16 Avqust 01:55

Vakansiya: Tamaşaçılarla iş üzrə koordinator

25-30 avqust tarixlərində Bakı Əl Oyunları Sarayında AzTV-də yayımlanan “Breyn Rinq” verilişinin növbəti çəkilişləri baş tutacaq. Çəkilişlərdə tamaşaçılarla iş üzrə koordinator vəzifəsinə bir xanım tələb olunur. İş çəkiliş öncəsi və çəkilişlər arası qısa fasilələrdə tamaşaçılarla müxtəlif maraqlı konkurslar, qısa musiqili rəqs müsabiqələri və s. keçirməklə auditoriyanı yaxşı əhval-ruhiyyədə saxlamaqdan ibarətdir.

Namizədə tələblər aşağıdakılardır:

Aktiv, ünsiyyətcil, böyük auditoriya ilə (400 nəfərə yaxın iştirakçı)
sərbəst işləmək bacarığı olan;
Rus və Azərbaycan dillərində səlis danışmağı bacaran.

Arzu edənlər 20.08.2016 öz CV-lərini [email protected] ünvanına göndərə
bilərlər.

Əlaqə tel: 051-780-62-80

Bəyən və paylaş

Rəylər

rəy(lər)