6 Noyabr 13:44

Vakansiya: Tibbi sığorta üzrə assistent

“PAŞA Sığorta” tibbi sığorta üzrə assistent vəzifəsinə işçi qəbulu elan edib.Ali tibbi təhsilli, azərbaycan və rus dillərini sərbəst bilən (ingilis dili arzu olunandır) namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.Qeyd edək ki, işlə bağlı müraciətlər noyabrın 30-na kimi qəbul olunur. 

Namizədə dair tələblər:

Təhsil: Ali təhsil (tibbi sahəsində);

İş təcrübəsi:Tibbi sığorta sahəsində iş təcrübəsi arzu olunandır;

Biliklər:Microsoft Office proqram təminatı paketi üzrə əsas biliklər;

Xüsusi bacarıqlar:Ünsiyyət bacarıqları, çalışqanlıq, qeyri standart vəziyyətə cəld reaksiya;

Dil bilikləri: Azərbaycan və rus dillərini sərbəst bilmək, ingilis dili arzu olunandır.

Vəzifə öhdəlikləri:

  • İş günü ərzində sığorta olunanlara Könüllü Tibbi Sığorta proqramına dair məsləhət xidmətinin göstərilməsi, sığorta olunanların hüquq və vəzifələrinin izahı;
  • Sığorta hadisəsi ilə bağlı qəbul edilən məlumatların əsasında məlumat bazasının aparılması;
  • Sığorta hadisələri ilə bağlı müraciətlərin müvafiq tibb müəssisələrinə yönləndirilməsi, sığorta olunanlara tibb müəssisəsinin seçimində dəstək. Sığorta olunanların hospitalizasiyasının təşkili və stasionar müalicə müddətində müalicə prosesinə nəzarət;
  • Sığorta olunanların maraqlarının müdafiəsi məqsədilə tibb müəssisələrinin sığorta şöbələrinin nümayəndələri və müalicə həkimləri ilə danışıqların aparılması;
  • Tibbi sığorta üzrə baş vermiş sığorta hadisələrinin tənzimlənməsi. Sığorta olunanların müraciət faktları ilə bağlı  tibb müəssisələrindən daxil olan sənədlərin təhlili və texniki ekspertizası;

İşlə bağlı müraciət etmək istəyənlər “subject” hissəsində vəzifənin adını qeyd etməklə və CV-lərini [email protected]  elektron ünvanına göndərə bilərlər.

Əlaqə tel: (012) 598 18 03

Bəyən və paylaş

Rəylər

rəy(lər)