25 Fevral 13:21

Vakansiyalar:Proqram Koordinatoru, PR Menecer, Proqram Assistenti

Vəzifə: Proqram Koordinatoru, PR Menecer, Proqram Assistenti
Qısa məlumat: Elan çərçivəsində dinamik inkişafda olan proqram çərçivəsində bir neçə vakansiya təklif olunur. Vakansiyalar gənc sahibkarlara dəstək, gənclərlə iş, təhsil və maarifləndirmə sahəsində müxtəlif proqramlarının idarə olunmasını və icrasını, gənc və dinamik komandada işi nəzərdə tutur. Əmək haqqı razılaşma yolu ilə müəyyənləşir.
Vəzifələr:
Proqram Koordinatoru
– Proqramın icrasının planlaşdırılması (məqsəd və vəzifələr, mərhələ və tədbirlərin ardıcıllığı)
– Proqramın idarə edilməsi ilə bağlı zəruri proseduraların və proseslərin hazırlanması
– Proqramın həyata keçirilməsi üçün tələb olunan resursların, iş bölgüsünün və müddətlərin müəyyənləşdirilməsi
– Planlaşdırma məqsədi ilə əlaqələrin təhlili, birlik və komanda ruhunun yaradılması
– Proqramın işçi qrupu ilə digər tərəflər arasında əlaqələndirmə fəaliyyətin təmin edilməsi
– Proqramın uğurla həyata keçirilməsi məqsədilə səlahiyyətli şəxslərin məlumatlandırılması
– Proqramın vaxtında, ayrılmış büdcə çərçivəsində və müvəffəqiyyətlə həyata keçirilməsi
Proqram Assistenti
– Proqramın icrasının planlaşdırılması (məqsəd və vəzifələr, mərhələ və tədbirlərin ardıcıllığı)
– Proqram çərçivəsində fəaliyyət planına uyğun verilən tapşırıqların operativ olaraq icrası
– Proqram çərçivəsində tədbirlərin təşkili və proqram ilə bağlı bütün fəaliyyətlərdə iştirak
PR Menecer
– PR komandanın formalaşdırılması və gündəlik idarə olunması
– Press-relizlərin, müsahibələrin, məqalələrin hazırlanması və mediada işıqlandırılmasının təmin olunması
– PR aksiyaların və tədbirlərin keçirilməsi
– Poliqrafiya, promo və reklam məhsullarının dizaynının hazırlanmasına nəzarət və sifarişi
– PR büdcənin və PR planın formalaşdırılması və icrası
– Sosial şəbəkələrdə proqramların, səhifələrinin idarə olunması
Namizədə tələblər:
– Müvafiq sahədə 1-3 il iş təcrübəsi
– 21-30 yaş arası, ali təhsilli
– Yüksək təşkilatçılıq bacarıqları olmalı və stressə davamlı olmalı
– Qətiyyətli, əzmli, məsuliyyətli və diqqətli olmalı
– Təhlil etmək və araşdırma aparmaq bacarığı olmalı
– Yaradıcı və yenilikçi olmalı
– İşgüzar etiket haqqında məlumatlı olmalı
– Microsoft Office paketi (xüsusən Excel, PowerPoint) ilə işləmək bacarığı
– Dil bilikləri: Rus dili, Azərbaycan dili və İngilis dili (üstünlük verilir)
– Qeyri-kommersiya layihələrində iş təcrübəsi olanlara üstünlük verilir
ƏLAVƏ MƏLUMAT:
– İş qrafiki: tam ştat
İş müddəti: daimi
Maraqlanan şəxslər CV-ni 5 mart 2016-cı il tarixinə kimi [email protected] e-mail ünvanına göndərə bilər. Məktubun başlığında müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz vacibdir.
Bəyən və paylaş

Rəylər

rəy(lər)