Təşkilatçılar:
– AYAFE Gənclər Təşkilatı
– Bilik və İnnovasiya İctimai Birliyi
Media dəstəyi:
– Edumap.az təhsil portalı
21-ci əsr texnologiya və innovasiyalar dövrdür, belə bir dönəmdə gün ərzində saysız hesabsız informasiya filter etməli oluruq, çünki bu məlumatların bəziləri önəmli, bəziləri isə önəmsiz olur.
Bu gərginlikdə prioritetləri əsas götürərək praktik sistemləşdirmə aparmağı bilmək lazımdır. Bu işin öhdəsindən heç də hamı gələ bilmir.
Bəs uğurun ani təşkiledici elementi olan vaxtı idarə etmək mümkündürmü? Elə etmək olar ki, hər bir şeyi çatdırasan, həm də eyni zamanda gündəlik iş və qayğıların xaosunda itib-batmayasan? Stresin işlərinə mane olmasının qarşısını almaq mümkündürmü?
Bəli! Bəs necə? Bu suala sizə təlimdə iştirak edərək cavab tapa bilərsiniz.
Qeydiyyatdan keçməyə tələsin, iştirakçı sayı məhduddur.
Təlim #ŞəxsənİnkişafEt proqramı çərçivəsində həyata keçirilir.
Təlimçi – Əkbər Mikayılov
Əkbər Mikayılov ASAN Tədris və Təlim Mərkəzində çalışır. ADA Universitetində və Türkiyənin nüfuzlu universitetlərindən biri olan Abdullah Gül Universitetində Biznesin İdarəedilməsi üzrə təhsil almışdır. Bir sıra beynəlxalq mübadilə proqramlarının iştirakçısı olmuşdur. Həmçinin çoxlu sayda yerli və beynəlxalq layihələrinin təşkilində iştirak etmişdir.
Tarix: 03.08.2019, saat 11:00
Qeydiyyat linki: https://forms.gle/D2LwXq5rPX9ayKYF9
Bütün iştirakçılar sertifikatla təltif olunacaqlar. İştirak ödənişsizdir.
Qeydiyyatdan uğurla keçən şəxslərlə e-mail vasitəsilə əlaqə saxlanılacaqdır.