10 Aprel 07:47

Vaxtını Yaxşı İdarə Et – interaktiv seminar

Belə görünür ki, bizə hər zaman vaxt azlıq edir. İri şirkət işçilərindən tutmuş, kiçik sahibkarlara qədər, hər kəsin şikayət etdiyi bir mövzu var, “vaxt bəs etmir”. Bəs həqiqətən də, 24/7 zaman kəsiyi bizə yetərsizdir, yoxsa biz əlimizdə olan vaxtın idarə etməsində problemlər yaşayırıq. Zaman ilə bağlı vacib bildiyimiz bir sıra məsələləri Uğur Akademiyasının növbəti “Vaxtını yaxşı idarə et!” inter-aktiv seminarında ekspertlərimizin iştirakı ilə sizə təqdim edəcəyik.

Həmişə məşğul görünmək hələ o demək deyil ki biz produktiv həyat sürürük. Stressi azaldıb, effektivliyinizi artırmaqda yardımçı olacaq bu seminar üçün qeydiyyat prosesi başlamışdır. Giriş haqqı 5 manat dəyərində olan seminarımıza bu dəfə də tələbələrin iştirakını 100 faiz ödənişsiz etdik. Məqsəd, biznes təfəkkürünün gənc nəsl arasında artırılmasına töhfə verməkdir.

Seminarda iştirakını arzulayan şəxslər aşağıdakı qeydiyyat linkindəki sorğunu doldurmaqla, seminara dəvət məktubu əldə edə biləcəklər. Unutmayın ki, dəvət məktubu yalnız və yalnız qeydiyyatdan keçən iştirakçılara şamil ediləcək.

Vaxt: 16 aprel 16:00

Ünvan: Uğur Akademiyası

Cəfər Cabbarlı küçəsi 40, Bakü

Qeydiyyat

Bəyən və paylaş

Rəylər

rəy(lər)