13 Noyabr 09:47

“Veb alətlərin tədrisdə rolu” mövzusunda seminar (Sumqayıtda)

“Reduco Run” Karyera və Şəxsi İnkişaf Mərkəzi 14 noyabr tarixində növbəti seminarını təşkil edir. Seminar təhsil və yeni media sahəsində ekspert Ramil Süleymanovun təqdimatında “Veb alətlərin tədrisdə rolu” mövzusunda keçiriləcək.
Seminarın proqramı:
• Texnoloji bilik və bacarıqlar (multimedia təqdimatları yaratmaq, veb 2.0 alətlərindən effektiv istifadə etmək və s.)

• Müasir qiymətləndirmə mexanizmlərindən və əlavə resurslardan sərbəst istifadə etmək;
• Şagirdi daha da fəal öyrənmə prosesinə cəlb etmək;
• Müstəqil şəkildə kompüter texnologiyalarından istifadə edərək layihə planı hazırlamaq;
• Şagirdlərdə 21-ci əsr vərdişləri, yüksək səviyyəli məntiqi təfəkkürü inkişaf etdirmək -komandada işləmək, ünsiyyət və əməkdaşlıq, informasiya toplamaq və ondan düzgün, səmərəli istifadə etmək, analitik düşünmə və problemi tez həll etmək;
• Təlim və tədris prosesinə daha yaradıcı yanaşmaq;

Təlimin Detalları:
Tarix: 14 noyabr
Saat: 14:00: 16:00
Seminara giriş: ÖDƏNİŞSİZ
Qeydiyyat üçün əlaqə vasitələri:
Tel: +994186480808
+ 994 50 375 06 66
Ünvan: Sumqayıt şəhəri, 16-cı mikrorayon, İsmət Qayıbov küçəsi, 211/1

Bəyən və paylaş

Rəylər

rəy(lər)