Velomexanik vakansiyası

Şirkət barədə məlumat   2016 cı ildən fəaliyyətə başlayan Pedalchi təklif etdiyi velosiped xidmətləri ilə rəqiblərindən keyfiyyəti, rahatlığı və istifadəçi məmnuniyyəti ilə seçilir. Fəaliyyətdə olduğu illər ərzində velospedlərin kirayəsi, təlimi, təmiri ilə yanaşı ölkədə ilk olaraq velotur xidmətini təklif edir. İş şəraiti   Şəhər mərkəzində rahat ofis, Peşəkar mexaniklə konsultasiya imkanları, Həftədə razılaşdırılmış iş saatları ilə 6 iş günü, Uzunmüddətli və məmnun əməkdaşlıqlarımız, Şirkət tərəfindən təqdim olunan korporativ nömrə, Şəhərin düz mərkəzində yerləşən,hər növ şəraiti olan funksional emaladxana.   Müraciətçinin öhtəlikləri Təmir üçün gələn texnikanı servis etmək, Müsbət istifadəçi rəyini yüksək saxlamağa xidmət etmək, Mövcud həllolunmaz çətinliklər zamanı rəhbərliyə məlumatın verilməsi, Velosiped icarəsi zamanı istifadəçi məlumatlarının düzgün qeydə alınması, Velosiped icarəsi zamanı velosipedlərin düzgün qaydada təhvil-təslim aparılması. İşçiyə olan tələblər Yaşı 22 və daha artıq, Satış etmə bacarığı olmalı, Səliqəli, səmimi, səbrli və dinləmə bacarıqlı, Texniki savad və alətlərlə səliqləli iş bacarığı olmalı, Mövcud nasazlığa uyğun texniki həllər təqdim etmə bacarığı, Mövcud problemləri araşdırma edərək həllini öyrənə bilməli, Danışıq səviyyəli Rus və İngilis dili biliklərinin olması arzuolunandır, Şirkətin təqdim etdiyi bütün xidmətlərin xüsusiyyət və qiymətləri haqqında məlumata sahib olmalı, Maaş müraciətçinin bilik və bacarıqlarından asılı olaraq razılaşdırılma əsasında təyin olunaraq, hər ayın 15 i verilir.     QEYD:  Sizi ofisdə keçirilmiş zamana görə deyil, əldə olunmuş nəticəyə görə qiymətləndiririk. Əgər siz velosipedi sevirsizsə və özünüzü buna sərf etmək istəyirsinizsə, biz sizə şirkətlə birlikdə böyümək imkanı yaradırıq. Namizədlər öz CV – formasını "velomexanik" başlığı altında [email protected] elektron ünvanına göndərməlidir. Uğur olsun!

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az