“Velosiped sür, Hərəkətə sən də qoşul” layihəmizlə 19 № orta məktəbdə !

“Velosiped sür, Hərəkətə sən də qoşul” layihəmizlə 19 № orta məktəbdə ! 90 günlük aktivlik kampaniyası çərçivəsində Respublika Olimpiya Velosiped Məktəbinin təşkilatçılığı Azərbaycan Velosiped İdmanı Federasiyası, Gənc Velosipedçilər» İctimai Birliyi və Əlil Velosipedçilər Klubunun dəstəyilə Bakı şəhərində yerləşən ali və orta təhsil müəssisələrinin tələbə və şagirdlər arasında velosiped idmanına marağı daha da artırmaq üçün «Velosiped idmanının sağlamlıqda rolu və ondan istifadə qaydaları » mövzusunda seminar-təlimlə Nəsimi rayon 19 nömrəli orta məktəbdə olduq. Seminarda məktəbin 250 yaxın şagirdi arasında təblığat və təşviqat işləri aparıldı. Layihənin əsas məqsədi 10.000 nəfərə yaxın tələbə, şagird və valdeynlər arasında təbliğat və təşviqat işləri aparmaqla kütləviliyi artırmaq və məktəbə yeni-yeni idmançılar cəlb etməkdir.

Bir cavab yazın

Back to top button