14 Yanvar 11:21

Velosipedçi sorğusu

Bu sorğu veloipedçilərin rahatlığının təmin edilməsi və velosiped idmanının inkişafı üçün keçirilir. Qeyri rəsmi statistikaya əsasən ötən il Bakıdakı velosiped dükanlarında toplam olaraq 350 000 velosiped satılıb. Günün istənilən saatında tıxac müşahidə etmək mümkün olan Bakı üçün bu normal göstərici olmalıdır, lakin əfsuslar olsun ki, bu tıxaclara rəğmən kifayət qədər 2 təkər istifadəçisi müşayət olunmur.

Qeyd etmək istərdik ki, iki il əvvəl prezident İlham Əliyevin iştirakı ilə ölkəmizdə velosiped zavodu açıldı, hətta daha sonra bir çox velosiped hissələri gömrük vergisindən azad olundu. Bu kimi yaradılmış şəraitə baxmayaraq ölkəmizdə velosipedçilər azlıq təşkil edir və ya lazım olan ehtiyat hissəsini tapmaqda çətinlik çəkir.

Bu sorğunu yaratmaqda məqədimiz mövcud problemi ( problemləri ) aşkara çıxarmaq və onun ( onların ) həlli üçün birlikdə çalışmaqdır.

Sorğunu fərdi və yaxud anonim şəkildə doldura bilərsiniz. Uğurlar!

Qeydiyyat

Bəyən və paylaş

Rəylər

rəy(lər)