24 Aprel 01:38

“Vena xəstəlikləri: yeni üfüqlər” mövzusunda konfrans keçiriləcək

Ürək-damar cərrahları, kardioloqlar, uroloqlar və nefroloqlar-dializ həkimlərinin nəzərinə! 📌

26 aprel 2019-cu il tarixdə saat 15:00-da Respublika Müalicəvi Diaqnostika Mərkəzində keçiriləcək “Vena xəstəlikləri: yeni üfüqlər” mövzusunda konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən AKKREDİTƏ OLUNDU! 📌

KREDİT BALI: 3

QEYD: İştirak edəcək ürək-damar cərrahları, kardioloqlar, uroloqlar və nefroloqlar konfransa gələrkən şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

İştirak ÖDƏNİŞSİZDİR.

KONFRANS MEDİAYA AÇIQDIR. 📌

Tədbirdə iştirak etmək istəyənlərin əvvəlcədən 012 530 90 29; 012 913 nömrələrinə zəng edərək qeydiyyatdan keçmələri MÜTLƏQDİR! 📌

Konfransda “Vena xəstəliklərinə giriş və venoz endovaskulyar müalicə”, “Dərin vena trombozu və Pulmonar tromboemboliyada müasir yanaşma”, “Hemodializ xəstələrində arteriovenoz fistul və problemlərinin cərrahi həlli”, “Periferik venoz tromboz, endovaskulyar müalicə və v. cava filtrləri” mövzularında təqdimatlar ediləcək.

Bəyən və paylaş

Rəylər

rəy(lər)