#
24 Fevral 20:10

“Vərəsəlik Hüququ” Qanun Üzrə Vərəsəlik

“GREATFORD BUSİNESS SERVİCES” növbəti seminarı təqdim edir. “VƏRƏSƏLİK HÜQUQU: Qanun üzrə vərəsəlik, mirasın qəbulu və digər məsələlər ” mövzusunda keçiriləcək seminarda

Seminar zamanı tədris olunacaq mövzular:
1. Qanun üzrə vərəsəlik;
2. Mirasda məcburi pay;
3. Mirasın qəbul edilməsi və onun qəbulundan imtina olunması;
4. Mirasın bölüşdürülməsi;
5. Vərəsələr tərəfindən kreditorların təmin edilməsi;
6. Mirasın qorunması;
7. Vərəsəlik şəhadətnaməsi;

Təlimçi haqqında:
Paşa Səfərov,
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Beynəlxalq Hüquq Assosasiyasının üzvüdür.
Vərəsəlik hüququ sahəsində “Ləyaqətsiz vərəsə hüququ” adlı kitabın və onlarla elmi məqalənin müəllifidir.
Vərəsəlik hüququna dair əsərləri bir neçə xarici dildə olmaqla bir neçə xarici ölkədə nəşr edilmişdir (həmin əsərlərdən bəziləri internet saytları tərəfindən paylaşılıb).
Ölkəmizdə vərəsəlik hüququ ilə bağlı keçirilən təlim, seminar və tədbirlərdə dəfələrlə təlimçi və məruzəçi qismində iştirak etmişdir.
Hazırda Mülki Məcəllənin “Vərəsəlik hüququ” bölməsinin kommentariyasını yazmaqla məşğuldur.

TƏLİM VAXTI VƏ TARİXİ:
11 Mart saat 11:00

İştirak ÖDƏNİŞSİZDİR

AUDİTORİYA:
Seminarda ixtisasından və yaşından asılı olmayaraq hərkəs müraciət edə bilər.

İlkin qeydiyyat üçün seminarın adını qeyd edərək, CV formanızı [email protected] e-mail ünvanına göndərə bilərsiniz.
İlkin qeydiyyatdan keçən hərkəslə qeydiyyatın ikinci mərhələsi üçün CV formasında qeyd edilən telefon nömrəsi vasitəsilə əlaqə saxlanılacaq.

Ünvan: “Greatford Business Services” in ofisi, “AF MALL” ticarət mərkəzininin 2-ci mərtəbəsi. Heydər Əliyev adına sarayın yanında

Əlaqə vasitələri:
077 537 16 77
055 255 15 54

Bəyən və paylaş

Rəylər

rəy(lər)