3 Noyabr 14:03

Vergi – Dövlətin əsas maliyyə mənbəyi

AEGEE-Bakı Insan Hüquqları Işçi Qrupu təqdim edir:
Son illər ölkəmizdə bu sahədə aparılan islahatlar müsbət təsirini göstərməkdədir. Lakin vergi dövlət və vətəndaşlar arasında tənzimlənən bir prosesdir. Buna görə də dövlətin düzgün vergi siyasəti ilə yanaşı vətəndaşların bu sahədə məlumatlılıq dərəcəsi çox mühüm rola malikdir. Bizim üzərimizə düşən iş çox sadədir – öz hüquqlarımızı bilməli və tələb etməliyik. Təlimimizin məqsədi də məhz sizləri bu istiqamətdə məlumatlandırmaqdır.

Təlimdə aşağıda verilən mövzular haqda əsas biliklərə yiyələnəcəksiniz:

– Vergilerin müəyyən edilməsinin əsas şərtləri
– Azərbaycan Respublikasının vergi qanunvericiliyi
– Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər və iştirakçıla
– Vergitutmanın formaları
– Dövlət vergiləri
– Məcəllədə istifadə edilən əsas anlayışlar
– Muzdlu iş, Sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində vergilərin təyin edilməsi.

Bu sahədə məlumatlanıb,gələcəkdə baş verə biləcək hüquq pozuntularından sığortalanmaq istəyən hər kəsi bu təlimimizə dəvət edirik.

Təlimdə iştirak üçün aşağıdakı qeydiyyat formunu doldurmaq mütləqdir :
Qeydiyyat

QEYD: Təlimdə iştirak ödənişsizdir

Zaman: 08 noyabr 14:00
Məkan: ADNSU 3-cü korpus

“Avropa Tələbələr Forumu Bakı” İctimai Birliyi

[email protected]
Tel: (+99412) 4921543, (+99455) 3747424
Ünvan: İçərişəhər, Böyük Qala 24

Bəyən və paylaş

Rəylər

rəy(lər)