28 Fevral 18:15

“Vergi məcəlləsində dəyişikliklərin tətbiqi zamanı yaranan problemlər” mövzusunda ödənişsiz seminar keçiriləcək

Azərbaycan Respublikası Vergilər Nazirliyi Tədris Mərkəzi və peşəkar mühasib təşkilatı kimi akkreditə olunmuş Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) birgə təşkilatçılığı ilə “Vergi məcəlləsində dəyişikliklərin tətbiqi zamanı yaranan problemlər” mövzusunda ödənişsiz seminar keçiriləcəkdir. Seminarda İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin prezidenti Radil Fətullayev , “Takl Qrup” şirkətinin baş mühasibi Mahmud Abasquliyev və Vergilər Nazirliyi Tədris Mərkəzinin Vergi qanunvericiliyinin tədrisi şöbəsinin dosenti Rəşad Əhmədov təlimçi qismində çıxış edəcək.

Seminarda müzakirəsi nəzərdə tutulan mövzular:

1. Əlavə dəyər vergisinin uçotunun baş vermiş dəyişikliyə əsasən aparılması problemləri

-Yeni dəyişikliyə əsasən mal və xidmətlərin alışı zamanı ƏDV-nin uçotu;

-Mal və xidmətlərin satışı üzrə ƏDV-nin uçotunun yeni Məcəlləyə uyğun aparılması;

-Yeni dəyişikliyə əsasən ƏDV-nin əvəzləşdirilməsinin uçotunun aparılması qaydası;

2. Baş vermiş dəyişikliyə əsasən TTA-nın satışı zamanı vergilərin hesablanması və uçotu ilə bağlı problemlər

-Sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən TTA-nın satışı zamanı vergilərin hesablanması və uçotu;

– Mənfəət və ƏDV ödəyiciləri üçün TTA-nın satışı zamanı vergilərin hesablanması və uçotu.

Bəyən və paylaş