“Vətəndaş Cəmiyyəti təşkilatlarının COVİD-19 pandemiyası dövründə səhiyyə sistemlərinə dəstəyi – Beynəlxalq təcrübə” mövzusunda növbəti onlayn konfrans keçiriləcək

İTALİYA VƏ UKRAYNANIN SƏHİYYƏ İSTİQAMƏTLİ QHT-LƏRİNİN PANDEMİYA DÖVRÜNDƏKİ FƏALİYYƏTLƏRİ ÖYRƏNİLƏCƏK

 

25 iyun tarixində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Vərəm əleyhinə Avropa Koalisiyasının əlaqələndirici dəstəyi ilə “Sağlamlığa Xidmət” İctimai birliyi tərəfindən “Vərəm və COVİD-19 pandemiyası ilə birgə mübarizə” layihəsi çərçivəsində “Vətəndaş Cəmiyyəti təşkilatlarının COVİD-19 pandemiyası dövründə səhiyyə sistemlərinə dəstəyi – Beynəlxalq təcrübə” mövzusunda növbəti onlayn konfrans keçiriləcək.

 

Konfransın məqsədi, pandemiya zamanı Ukrayna və İtaliyanın qeyri-hökumət təşkilatlarının (QHT) səhiyyə sistemlərinə dəstək olmaq üçün həyata keçirdikləri təcrübələrlə tanış olmaqdır. “Ukraynalı Pasiyentlər” təşkilatı İİV/QİÇS, viruslu hepatitlər və digər bir neçə xəstəliyin müalicəsi üçün dərmanların dövlət satınalma siyasəti ilə bağlı advokasiya fəaliyyətləri, İtaliyanın Soleterre Fondu pandemiya zamanı yüzlərlə tibb işçisinin sosial müdafiəsi üçün uğurlu fandreyzinq və koronavirus xəstələrinə psixoloji dəstək fəaliyyətləri haqqında, Zaporuki və Atena -xərçənglə mübarizə aparan QHT-lər pandemiya zamanı xərçəng xəstələrinin fasiləsiz tibbi xidmətlə təmin olunması üçün həyata keçirdikləri xüsusi fəaliyyət təcrübələri barədə təqdimatla çıxış edəcəklər və öyrənilmiş dərsləri bölüşəcəklər.

 

 

Tarix və saat :  25 iyun, 16:00 (Bakı vaxtı ilə)

 

E-konfransa bağlantı linki: https://us02web.zoom.us/j/84426332813

 

Dil:  İngilis və Rus (Azərbaycan dilinə tərcümə təmin ediləcəkdir)

Tədbirin gündəliyi ilə Buradan tanış ola bilərsiniz.

Bir cavab yazın

Back to top button