Vətəndaş müraciətlərinin qəbulu və yönləndirilməsi üzrə əməkdaş (reception) tələb olunur

İcbari tibbi Sığorta üzrə dövlət Agentliyinin Bakıda yerləşən ofisinə vətəndaş müraciətlərinin qəbulu və yönləndirilməsi üzrə əməkdaş (reception) tələb olunur.
Artıq sənədlərin və vətəndaşların qəbulu işində kifayət qədər xanım işlədiyindən bəy namizədlərin daha da aktiv olmasını istəyirik, xahiş edirik diskriminasiya kimi qəbul etməyin))

Əsas vəzifə öhdəlikləri aşağıdakılardır:

Qəbula gələn vətəndaşların qarşılanması.
Vətəndaşların dinlənilməsi, müraciətlərinin qeydə alınması və digər zəruri tədbirlərin görülməsi.
Zərurət olduqda müraciət edən vətəndaşların xəstəxanalar və Agentliyin müvafiq bölmələri ilə əlaqələndirilməsi.
Daxil olan sənədlərin qəbulu və qeyd alınması.
Xaric olan sənədlərin göndəriş üçün hazırlanması, sürücülərlə, poçt və müvafiq kuryer şirkətləri vasitəsilə göndərilməsi.
Poçtdan geri qayıdan zərflərin ünvana çatması üçün dəqiqləşdirmə apararaq təkrar göndərilməsi.
Agentlik tərəfindən tibb müəssisələrinə bir sıra şifahi sorğuların verilməsinin həyata keçirilməsi və onların icrasının izlənilməsi.
Telefon zənglərinə cavab verilməsi və yönləndirilməsi.

Tələblər:
Ali təhsil,
Minimum dövlət orqanlarında vətəndaş qəbulu sahəsində könüllü kimi təcrübə, maksimum isə bir illik vətəndaş qəbul sahəsində təcrübə
Azərbaycan dili yüksək səviyyədə, qəbula xarici vətəndaşlar da gəldiyindən rus və ingilis dilləri üstünlükdür.

Əgər siz özünüzü bu vakansiyaya uyğun bilirsinizsə, onda CV-ni Reception başlığı altında [email protected] ünvanına göndərin.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir