1 May 11:21

“Vətənin tərənnümü” silsiləsindən rəssamların növbəti Qusar etüd pleneri keçiriləcək

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və  Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 2018-ci il may ayının 5-də “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində “Vətənin tərənnümü” silsiləsindən rəssamların növbəti Qusar etüd pleneri keçiriləcəkdir.
Plenerin keçirilməsində əsas məqsəd rəssamlara doğma vətənin gözəllikləri, maddi və mənəvi sərvətlərini öz duyğu, düşüncələrini rəsm əsərlərində əks etdimək bacarıqlarını təkmilləşdirmək, həmçinin rəssamların yaradıcılıq imkanlarını genişləndirmək, yaradıcı şəxslərin təbiətə çıxışını təmin etmək, onların palitrasına təbiətin rənglərini gətirmək və etüdə olan marağı stimullaşdırmaq məqsədi ilə həyata keçirilir.
Plenerə 40-a yaxın rəssam, o cümlədən 2017- ci ildə keçirilən “Vətənin tərənnümü” rəsm müsabiqəsinin qalibləri və mükafatçıları dəvət olunmuşdur. Qusar plenerində iştirak edən rəssamların etüdləri “Xətai Sənət Mərkəzində “Etüddən gəlirəm” adlı sərgidə nümayiş olunacaqdır.

Bəyən və paylaş

Rəylər

rəy(lər)