Cümə axşamı, 21 Avqust, 2025

VI SABAH Karyera Qış Məktəbi keçiriləcək


  • Dərc edildi: 17 Yanvar, 2022 - 10:43
VI SABAH Karyera Qış Məktəbi keçiriləcək

VI SABAH Karyera Qış Məktəbi keçiriləcək

9-11 fevral 2022-ci il tarixlərində Şamaxıda SABAH Karyera Qış Məktəbi keçiriləcək. Qış məktəbi məzun olacaq SABAH tələbələrinin peşəkar inkişafına dəstək məqsədilə yaradılmış SABAH Karyera Akademiyası çərçivəsində artıq altıncı dəfədir ki təşkil edilir. SABAH Karyera Qış Məktəbində iştirak etmək istəyən tələbələr 25 yanvar 2022-ci il saat 00:00-dək qeydiyyatdan keçməlidirlər. Qeydiyyat linki:https://forms.office.com/r/QQ9jwi1J1r Qış məktəbində tələbələr SABAH Karyera Akademiyasının tərəfdaş şirkətlərindən olan peşəkar təlimçilərdən uğurlu karyera başlanğıcı üçün lazım olan fundamental bacarıqları öyrənmək imkanı əldə edəcəklər. SABAH Karyera Akademiyasına seçiləcək tələbələr özlərinin prioritet fəaliyyət istiqamətlərinə (işə düzəlmə, start-up/sahibkarlıq, akademik fəaliyyət) uyğun olaraq təlimlərdə iştirak edəcəklər. Tələbələrin seçimi ÜOMG və seçilmiş sahə üzrə nailiyyətləri nəzərə alınmaqla aparılır. Qeyd edək ki, qış məktəbi müddətində tələbələr nəqliyyat, yaşayış və qidalanma, təlim materialları ilə təmin olunacaqlar.
____________________________________________________________________________________________________________________

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 124
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7091
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1834
Azərbaycan Texnologi...