6 Dekabr 17:52

Video Qrafik Dizayner vakansiyası

Vəzifə: Video Qrafik Dizayner
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 1 il

Təhsil: Ali təhsil
Yaş həddi: 20-35

İşin Təsviri: Şirkətlər qrupu daxilindəki müəssisələr üçün tanıtım video çarxlarının hazırlanması.

Vəzifə öhdəlikləri:

– Tanıtım video çarxlarının hazırlanması və bu video çarxların ayda 3 dəfə (şirkət sayları və resurslar dəyişdiyi üçün) dəyişdirilməsi;
– Xüsusi günlər üçün sosial şəbəkələrdə istifadə xarakterli video çarxların hazırlanması;
– Sosial şəbəkələrdə kontent xarakterli video materialların hazırlanması;
– KSM tədbirlərin video və slayd formasında hazılanması;
– Şöbədaxili təqdimatların video formatda hazırlanması;
– Rəhbərliyin müxtəlif dövlət qurumlarında görüşləri üçün video təqdimatların hazırlanması;
– Tikintidə olan obyektlərin tikinti proseslərinin video çarxlarının hazırlanması;
– PR xarakterli videoların hazırlanması;
– Şirkətdaxili monitor üçün günlük materialların video formatında çəkilib yığılması və sərgilənməsi;
– Günlük tələbatdan irəli gələn videoların hazırlanması.

Tələblər:

– Adobe After Effect, Adobe Premiere, Adobe Photoshop, Edius, 3DS Max proqramlarında işləmək bacarığı;
– Yaradıcı qabiliyyətə malik olmaq;
– Daim öyrənmək və inkişaf etməyə meyilli olmaq;
– Dizayn sahəsindəki trendləri daim təqib etmək və yararlanmaq;
– Rəssamlıq üzrə peşə təhsilinin olması üstünlükdür.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
– Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: CV-ni portfolio ilə birlikdə [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Video Qrafik Dizayner Edumap.az” yazıb göndərməklə müraciət edilir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)