Virtual Təcrübə Proqramı 2021

“Virtual Təcrübə Proqramı 2021”-ə müraciət başlanmışdır.

“Özgün Yapı Sanayi ve Ticaret A.Ş.”-nin Azərbaycan Respublikasındakı Filialı yeni il üçün tamamilə yenilənmiş və daha əhatəli “VTP 2021” adlı virtual təcrübə proqramı layihəsini elan edir. Rəqəmsal mühitin üstünlüklərindən yararlanaraq, öyrənərək təcrübə qazanmağa və karyeranızda ilk addımı atmağa sizləri dəvət edirik. Bu fürsətdən yararlanmağın tam zamanıdır.

Aşağıdakı bölümlər üzrə təcrübə keçmək istəyən tələbə və yeni məzunlar müraciət edə bilərlər:
● İnformasiya Texnologiyaları
● İnsan Resursları
● Mühasibatlıq
● Satınalma/Logistika

Təcrübəçilərə tələblər:
– Ali təhsil müəssisə tələbələri və ya yeni məzun olmuş şəxslər;
– Ünsiyyət qurma bacarığı;
– Komandada işləmə bacarığı;
– Daim öyrənmək həvəsi;
– İş təcrübəsi tələb olunmur;
– Şəhid və Qazi ailəsinin üzvlərinə üstünlük veriləcəkdir.

Proqramın müddəti: 8 – 12 həftə.
Namizədlər CV dəyərləndirilməsi, test mərhələsi və onlayn müsahibə əsasında seçiləcək.
Müraciət üçün son tarix: 25.01.2021

Ətraflı məlumat və qeydiyyat üçün: https://ozgun.recruit.az

Bir cavab yazın

Back to top button