2 İyun 00:47

Virus Reklamlar – Yoluxdurma və Qorunma yolları! / Seminar /

Dəyərli izləyicilərimiz, Sizi olduqca maraqlı və faydalı bir seminarda iştirak etməyə dəvət edirik!

Bəlkə də hər gün rastlaşdığımız lakin önəmsəmədiyimiz, reklam ola biləcəyini təxmin etmədiyiniz bir reklam növündən danışacağıq. Dünyada sürətlə yayılan Virus reklamlar Azərbaycanda da son dönəmlər geniş istifadə olunmağa başlayıb. Seminarda Virus reklamların yaratdığı imkanlar, belə reklamların uğurlu olması üçün ən yaxşı taktikalar və bu reklamların dünyada və Azərbaycanda istifadə olunmuş nümunələrindən bəhs ediləcək.

Təlimçi:

Vugar Baba (Vüqar Babayev) – hazırda “AzerGold” QSC-nin mətbuat katibidir. Daha əvvəl “Təmiz Şəhər” ASC-nin mətbuat katibi, “Çudo Peçka”, “Atlas” Tibb Mərkəzi, “Mətanət A” şirkətlərində PR direktor, ANS Media Holdinqin Marketinq direktoru vəzifələrində çalışıb.
Bundan əlavə, Vüqar Baba jurnalist kimi də çalışıb. O, “GÜN səhər” qəzetində, “Lent.az” İnformasiya Agentliyində, “Radio Antenn”də, “Xəzər” TV-də işləyib, BBC ilə əməkdaşlıq edib.
Paralel olaraq pedoqoji fəaliyyətlə məşğul olan təlimçimiz Azərbaycan Universiteti, Qərb Universiteti və Azərbaycan Dillər Universitetində jurnalistika fakültələrində media və PR sahəsi üzrə müxtəlif fənlərdən dərs deyib.

İştirak tamamilə Ödənişsizdir!

Online qeydiyyatdan keçmək kifayət edir.

Online qeydiyyat: https://goo.gl/forms/ogblLgEECaEeJhgu2

Tarix: 10.06.2017
Saat: 16:00

Ünvan: Globus Center, 12-ci mərtəbə, Cəfər Cabbarlı küçəsi 609, Caspian Plaza ilə üzbəüz. Bakı, Azərbaycan

Daha ətraflı məlumat üçün:
Tel: +994 12 597 56 83
Mob: +994 55 257 18 03
Email: [email protected]

Bəyən və paylaş