31 Yanvar 13:32

Visby təqaüdünü qazanmış xanımla MÜSAHİBƏ (ÖZƏL)

Özünüzü təqdim edin, zəhmət olmasa.

Leyla Qasımova, 2008-2013-ci illərdə Bakı Dövlət Universitetində ali təhsilin bakalavriat səviyyəsi üzrə “Filologiya (Rus dili və ədəbiyyatı)” ixtisasını bitirmişəm.

 “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində İngiltərənin Mançester Universitetinin “Təhsilin İdarə olunması” ixtisası üzrə magistratura səviyyəsinin məzunu olmuşam. 2018-ci ildən İsveçin Halmstad Universitetində Skandinaviya ölkələrində Sosial Rifah (Nordic Welfare) üzrə magistr təhsili alıram.

Təqaüd barədə ümumi məlumatı haradan əldə etmək mümkündür?

Swedish Institute səhifəsinə daxil olaraq təqaüd barədə məlumat ala bilərsiz, Swedish Institute çərçivəsində Azərbaycan Visby təqaüd proqramına daxil olan ölkələrdən biridir və müraciət edənlər Visby proqramını seçməlidirlər. Aşağıdakı linkə daxil olaraq ətraflı məlumat əldə edə bilərlər — https://si.se/en/apply/scholarships/swedish-institute-scholarships-for-global-professionals/.

Nəyə görə bu ixtisası və universiteti seçmisiniz?

İşlədiyim sahə sülh quruculuqla əlaqəli olduğu üçün Nordic Welfare mənə uyğun gəldi və eyni zamanda Skandinaviya modeli dünyada davamlı inkişaf üçün statik bir modeldir və eyni zamanda bu sahə üzrə təhsil alaraq bütün Skandinaviya ölkələrində gedən sosial inkişaf barədə biliyə malik olmaq mümkündür. İsveçin sosial inkişafa verdiyi tövhələr inkişaf edən ölkələr üçün bir strategiya ola bilər. Əgər 19 əsrin axırlarına nəzər yetirsək görərik ki, İsveç kasıb ölkələrdən biri olub, əhalisi işsizlikdən digər ölkələrə üz tutublar, lakin bu gün İsveç iqtisadi və sosial inkişaf üzrə dünya üzrə  ən yüksək göstəriciyə malikdir.

Seçdiyim sahə üzrə həm nəzəri bilik və eyni zamanda praktiki bilik əldə etmək mümkündür. Universitet hər bir tələbə üçün imkan yaradır ki, İsveçdə gedən sosial rifahı və inkişafı daha yaxından izləmək üçün müxtəlif sosial müəssisələrə səyahət edib proseslə dahada yaxından tanış olaq.

Eyni universitetdə bir neçə proqram müraciət etmək məsləhətdir yoxsa müxtəlif Universitetlərə?

Eyni universitetə gəldikdə, əgər seçilmiş ixtisaslar Visby təqaüd proqramının təqdim etdiyi siyahıya daxildirsə birdən artıq fakültəyə müraciət edə bilərlər. Ümumilikdə 4 universitet və yaxud 4 müraciət seçimi imkanınız var və düşünürəm ki, müxtəlif universitetlərə müraciət etmək daha məqsədəuyğundur.

Azərbaycan və İsveç ali təhsil sistemi arasında hansı ortaq cəhətlər və fərqliliklər var?

İsveç təhsil sistemi tam fərqlidir və asan deyil, həftənin hər gününü təhsilə həsr etməlisən həftə sonu istisna olmaqla, Gününün 8 saatını oxumaqla keçirdirsən. Azərbaycan təhsili ilə heç müqayisə etmək mümkün deyil, tam fərqlidir. Yalnız iki inkişaf etmiş ölkənin təhsil sistemini müqayisə etsək, məsəl üçün İngiltərə və İsveç deyə bilərəm ki, İsveçdə o qədərdə müqayisəli yanaşma yazılarda tələb olunmur və sənin ölkəndə gedən inkişaf onları o qədərdə maraqlandırmır. Onlar üçün əsas məqsəd İsveçə hansı yenilikləri və dəyişikləri gətirə bilərik onun inkişafı genişlənsin, qlobal problemlərin təsirinin qarşısını almaq yolları və s. Bir sözlə ölkə yalniz öz inkişafına yönəldilmiş bir təhsil sisteminə malikdir və bununla yanaşı tələbənin innovatorluq həvəsini artırır. İnnovativ ideyaları həyata keçirdmək üçün geniş imkanlar yaradılır.

Müəllim heyəti ümumilikdə necədir? Azərbaycanda olan müəllimlərlə müqayisə etmək nə qədər düzgündür?

Müəllimlər təhsillə yanaşı geniş dünya görünüşünə malikdirlər. Hər bir tələbənin fikri onlar üçün önəmlidir və tələbə üzərində qurulmuş təhsil sistemidir, yəni tələbənin rahatlığı və biliyinin artması onlar üçün vacib amillərdən biridir.

Dərslərdə iştirak mütləqdir yoxsa əsas verilən tapşırıqları yerinə yetirməkdir?

Dərsdə iştirak fakültədən fakültəyə dəyişir və eyni zamanda professorlardan aslıdır necə qəbul edəcəklər seminarları, onlayn qoşulma və yaxud yazılı formada seminarı professorun elektron ünvanına göndərə bilərlər. Müəllimlər tələbənin oxumağı üçün şərait yaradırlar və yaranan problemi tez həll etməyə çalışırlar.

Dərslərə daha tez adaptasiya olmaq üçün hansı dərsləri bilmək məsləhətdir?

Kitablarin siyahısı fakültənin səhifəsində Syllabus-da göstərilir. Dərsliklərdən istifadə müəllimlər tərəfindən geniş şəkildə izah edilir.

Seçimlər tam demokratik şəraitdə aparılır və bütün kriteriyalara cavab verən tələbələr Visby təqaüd proqramını əldə edə bilərlər. Əsasən sosial aktiv və liderlik qabiliyyətinə malik olan tələbələr müsabiqədən keçirlər.  Düzdü dil biliyi də önəm kəsb edir.

Oxuculara vermək istədiyiniz məsləhətlər

Əgər İsveçdə qalıb işləmək istəyirsinizsə İsveç dilini gəlməmişdən qabaq öyrənməyə çalışın. İsveç dilini bilməyiniz sizə geniş iş imkanlarını açacaq. Çalışın fəal olun və geniş şəbəkə qurmağa çalışın. İsveçlilər ünsiyyət zamanı ilk ünsiyyətə girməkdən çəkinirlər, lakin ünsiyyətə girdiyiniz zaman görürsən ki, necə də gözəl ünsiyyət bacarığına malikdirlər. İrqindən və dinindən asılı olmayaraq hər bir insana hörmət ilə yanaşırlar. Sağlam qidalanırlar, cəmiyyət və ölkə çox gözəldir. Yalnız qışı çox sərt keçir.

Müsahibəyə görə təşəkkürlər! Təhsilinizdə uğurlar!

Ən çox verilən suallar (FAQ)

2014-cü ildə bitirmişəm. Universitetdən göturəcəyim recommendation letter-də hansı tarixi qeyd etməliyəm?

Xeyr, yenidən imtahan vermək şansınız var.

İELTS imtahanından nəticəmin vaxtı bitib. Mən yeniləmədən köhnə sənədi göndərə bilərəm universitetlərə?

Vaxtı bitmiş sənəd etibarsızıdır.

4 fərqli universitetə ya da ixtisasa müraciət edirəmsə, hamısına 1 motivation letter göndərməliyəm yoxsa hər birinə ayrı-ayrı?

Eyni motivation letter yetərlidir

Application fee necə ödəmək məsləhətdir: bank köçürməsi və ya onlayn olaraq?

Kredit kartla odəniş etmək mümkündür.

Sənədlər onlayn yüklənilməlidir yoxsa poçtla da?

Online dahada asandır

İxtisasımdan fərqli olan ixtisas seçmək olar?

Bəli olar, lakin əsaslandırmalısan niyə fərqli ixtisası seçirsiniz

Təhsili bitirdikdən sonra İsveçdə qalmaq imkanı var?

İş tapsanız qalmaq imkanınız var

Recommendation letter-də hansı tarix göstərilməlidir? Köhnə tarix göstərilə bilər?

Tarix o qədər önəmli deyil yalnız recommendation letter-də göstərilən adama müraciət etdikdə onun cavab verməsi önəmlidir

Müsahibəyə görə təşəkkürlər! Təhsilinizdə uğurlar!

turalturan.wordpress.com

Bəyən və paylaş

Rəylər

rəy(lər)