24 Sentyabr 12:43

VİSİON ACADEMY tələbələri yeni tədris ili münasibəti ilə təbrik etdi!

VİSİON ACADEMY tələbələri yeni tədris ili münasibəti ilə təbrik etdi!
21 sentyabr tarixində Vision Academy tələbələrin yeni 2018-2019-cü tədris ilini qeyd etmək üçün açıq havada tədbir təşkil etmişdir. Tədbirə Vision Academy-ni işçi heyətlə yanaşı, mərkəzin ingilis dilli təlimçisi, Quentin də qatılmışdır.
Tədbirə toplanan tələbələri salamlayan Quentin, onları təbrik etmiş, o cümlədən Vision Academy haqda qısa məlumat vermişdir.

Daha sonra tələbələr əyləncəli bilik yarışlarına dəvət edilmişlər. “Mən kiməm?”, “Hecalayan arılar” (Spelling Bee) ilə yanaşı, tələbələrlə maraqlı sual-cavab təşkil edilmişdir. Yarış qaliblərinə Vision Academy qızıl conversation kartı hədiyyə edilmişdir. Bütün iştirakçılara şirniyyat və sərinləşdirici içkilər paylanmışdır.

Bəyən və paylaş

Rəylər

rəy(lər)