4 Aprel 18:06

“Viza Məlumatları Mütəxəssisi” vəzifəsi üzrə vakansiya

Pickvisa.com Startapı “Viza Məlumatları Mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir.

İşin Təsviri:

– Səfirlik və Konsulluqların, əlaqəli qurumların rəsmi veb səhifələrindən viza datalarının toplanması, yoxlanılması, yenilənməsi;
– Səfirlik və Konsulluqlarla email, telefon əlaqələrinin qurulması, məlumatların dəqiqləşdirilməsi;
– Veb səhifənin məlumat panelinin idarə olunması, dataların əlavə edilməsi və yenilənməsi;
– Viza məlumatlarında olan dəyişikliklərdən, yeniliklərdən daimi məlumatlı qalınması;
– Xarici ofislərlə daimi əlaqədə olunması və onların data tələblərinin qarşılanması.

Tələblər:
– İngilis və Rus Dillərində yazılı və şifahi professional ünsiyyət qurmaq bacarığı;
– Microsoft Excel bilikləri;
– Diqqətcil olması;
– Internetdə axtarış bacarıqlarının yüksək olması arzuolunandır.

İş həftədə 5 gün olmaqla tam-ştatdır.
Maaş tələblərə uyğunluqdan asılı olaraq 400-500 AZN.
Müraciət üçün [email protected] emailinə “Visa Data Clerk Edumap.az” başlığı ilə CV və İstək Məktubunuzu göndərə bilərsiniz.

Deadline 20 Aprel, 2019

 

Bəyən və paylaş

Rəylər

rəy(lər)