6 Avqust 10:19

Vizam.az-da “Əməliyyatlar üzrə Menecer vakansiyası

Vizam.az-da “Əməliyyatlar üzrə Menecer” (Operations Manager) vəzifəsinə dağ kimi bir əməkdaş axtarırıq. 💡

Tələblər?

– Rus dili prinsipialdır, ingilis dili üstünlükdür. Rus dili yoxdursa, müraciət etməyə dəyməz.

– Komanda və proseslərin idarəedilməsi ilə bağlı minimum 1-2 illik iş təcrübəsi. 3-4 nəfərlik komanda üzvləri ilə dil tapa bilmirsə, müraciət etməyə dəyməz.
– Turizm sferasından olması üstünlükdür amma şərt deyil. Viza biliyini şirkətdaxili verəcik.

Bu iş Challenge qəbul edib, öz üzərində dayanmadan işləyəcək və kollektivin effektivliyini daim yüksək saxlayacaq bir kandidat tələb edir. Azca da olsa pessimistliyi olan şəxslər, hərgün işə candərdi maaş üçün gedənlər, iş yerində dayanmadan “məndə belə təcrübə olmayıb axı” deyən şəxslər müraciət etməsin.

Özünü qısa müddət sonra Beynəlxalq bir şirkətin önəmli bir hissəsi kimi görən şəxslər müraciət etsin.

Maaş təcrübədən asılı olaraq net 900-1200 AZN olacaq.

Müraciət üçün “Operations Manager Edumap.az” başlığı ilə [email protected] adresinə CV və istək məktubunuzu göndərə bilərsiniz. İstək Məktubu yazmırsınızsa, boş yerə vaxt itirməyin. Yalnız məktubu olan kandidatlara baxılacaq.

Deadline 20 Avqust 2019.

Bəyən və paylaş

Rəylər

rəy(lər)