26 Yanvar 13:12

Vizam.az startapı yeni logo müsabiqəsi elan edir

Vizam.az startapı üçün yeni logo müsabiqəsi elan edirik. Mükafat fondu 300 AZN-dir. Şirkət dünyanın müxtəlif ölkələrinə səyahət və təhsil vizaları üzrə viza dəstəyi göstərir.
Loqo ilə bağlı tələblər belədir:

– Rəng seçimi ilə bağlı hər hansı ciddi tələb yoxdur, səyahətə, təbiətə meyilli rənglər – göy, mavi, yaşıl sarı, narıncı, qırmızı rənglərdən istifadə oluna bilər. Rəng seçimində azadsınız.

– Format elə olmalıdır ki, ada bağlı olmasın. Yəni sabah startap digər bir ölkədə filial açdıqda onun adı tamam başqa ola bilər amma logo simvolu eyni qalacaq. Yəni logonun içindəki simvol özündə adı ehtiva etməsin.
– Şriftlər unikod olsun. Ən azından Azərbaycan, rus, ingilis dillərini dəstəkləsin ki, sonradan veb-səhifədə yerləşdirilməsi rahat olsun. Həm də oxunaqlı fontun olması yaxşı olar ki, sonradan veb səhifə fontu kimi istifadə edilsin. Rahat oxunulan olsun.
– Logonun Səyahət və xüsusən də “Pasport, viza” ilə bağlı yaradılması məqsədəuyğundur. Yenə də hər hansı hərf, sözlə əlaqələndirilmədən. Çünki gələcəkdə fərqli domenlər və adlarda fəaliyyət göstərə bilər.

Logoların təqdim edilməsi üçün son gün 9 Fevraldır. Təkliflərinizi [email protected] emailinə “Vizam.az Logo” başlığı ilə göndərə bilərsiniz. Təşəkkür edirik.

Bəyən və paylaş

Rəylər

rəy(lər)