Vocational Tour at Azersun – “Career Week”
Young Business Factory 2013-cü il avqust ayının 18-də İstanbulda yaradılmışdır. Beynəlxalq şirkət olaraq dünya üzrə 160-dan çox partnyora sahibdir. Əsas fəaliyyət Azərbaycanda və xarici ölkələrdə praktiki profesional təlim, konfrans, online kurs və seminarlar, müxtəlif təhsil proqramlarının keçirilməsini təşkil edir. Young Business Factory 2015-2016-cı ildə 130 üzəri Beynəlxalq Kamp təşkil edib.
Azersun Holding 1991-ci ildən Azərbaycanda fəaliyyətə başlamışdır. Qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.
Qida sektorunda, Azərbaycanı istehsalçı və ixracatçı ölkə halına gəlməsində böyük rol oynayan “Azersun Holding”, tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı geniş ixracat şəbəkəsinə sahibdir. Sahib olduğu şirkət idarəçilik prinsipləri, müştəri məmnuniyyəti, keyfiyyət təminatı, sosial məsuliyyət layihələri və ətraf mühiti qoruma prinsipləri ilə xalqa xidmət etməkdədir.
27 Yanvar “Young Business Factory” və “Azersun Holding” əməkdaşlığı ilə növbəti “Career Week” keçiriləcək.
Tur zamanı “Azərsun Holding” nəzdində fəaliyyət göstərən “Sumqayıt Yağ Fabriki”-nə ekskursiya ediləcək, fəaliyyət sahələri ilə tanış olacaqsınız.
Keçiriləcək Tarix: 27 Yanvar, Saat 10:00
Keçiriləcək yer: Azərsun Sənaye Prakı / Sumqayıt Yağ Fabriki
Qeyd: Sumqayıt Yağ Fabrikinə gediş Azərsun Holding tərəfindən təşkil olunmuş avtobusla olacaq
Qeyd: İştirak ödənişsizdir və seçilmiş şəxslərlə əlaqə saxlanılacaq . Seçimlər online qeydiyyat linkində suallara verilən cavablar əsasında gerçəkləşəcək. Layihədə yalnızca 25 nəfər iştirak edə biləcək!
Ünvanı: Caspian Plaza III korpus, 12-ci mərtəbə
Məlumat və rezerv üçün əlaqə nömrələri:
Tel: (012) 492 36 67
Mob: (055) 373 50 66
Email: [email protected]