10 İyun 12:01

Voleybol üzrə qadınlar arasında Avropa çempionatında könüllü

Voleybol üzrə Avropa Çempionatının finalında könüllü ol !

2017-ci ilin 22/09/2017- 01/10/2017 tarixlərində Bakı və Gəncə şəhərlərində Voleybol üzrə Qadinlar arasında Avropa Çempionatının final yarışları keçiriləcəkdir.

Voleybol üzrə Qadinlar arasında Avropa Çempionatının final yarışlarının yüksək səviyyədə təşkili üçün Azərbaycan Voleybol Federasiyası könüllülərin qəbulunu elan edir.

Könüllülər tədbir zamanı iştirak edəcək nümayəndə heyətləri ilə, tibbi xidmət, akkreditasiya, yarışların katibliyi, mükafatlandırma və digər sahələr üzrə fəaliyyət göstərəcəkdir.

Voleybol üzrə Qadinlar arasında Avropa Çempionatının final yarışları Milli Gimnastika Arenasında və Göygöl Olimpiya Kompleksində baş tutacaqdır.

Kubokda könüllü olmaq istəyən gənclər 1 avqust 2017-cı il tarixinədək elektron ərizə formasını dolduraraq müraciət edə bilərlər. Aşağıda qeyd olunmuş internet səhifəsinə daxil olub, qeydiyyatdan keçə bilərsiniz:

Online Qeydiyyat

Bəyən və paylaş

Rəylər

rəy(lər)