Voysex Staron: “Yaradıcı sənədli film nədir?”

Sərlövhə: Yaradıcı sənədli film nədir?

Proqram:

“Öz təcrübəmə əsaslanaraq, yaratmaqla bərabər, mən aşağıdakı mövzulara müraciət etmək istərdim: “Sənədli film mənim üçün nədir?”, “Sənədli filmin çəkiliş heyəti necə olur?”, Film üçün baş qəhrəman seçimi, Çəkiliş zamanı baş qəhrəman ilə iş, Filmin quruluşu, ideyanın formalaşdırılması”.

(Seminar ingilis dilində olacaq, Azərbaycan dilinə tərcüməsi ilə)

Voysex Staron – Polşa kinooperatoru və kinorejissorudur. 61-ci Berlin Beynəlxalq Kino Festivalında rejissor P.Markoviçin çəkdiyi El Premio (“Mükafat”) filmində operator işinə görə “Gümüş Ayı” mükafatına layiq görülüb. Onun ilk debütü, Siberian Lesson (“Sibir Dərsi”, 1998) filmi Amsterdam Beynəlxalq Film Festivalı (IDFA), Paris Beynəlxalq Sənədli Film Festivalı (Cinema du Reel), Krakov Beynəlxalq Film Festivalı (Krakow IFF) tərəfindən mükafatlara layiq görülüb. Argentinian Lesson (“Argentina dərsi”) Cinema Eye Honor, DokLeipziq, Camerimage beynəlxalq festivallarının mükafatlarını qazanıb. Brothers (“Qardaşlar”, 2015) filmi, Lokarnoda keçirilən “Tənqidçilər Həftəsi”nin qalibi olub. Lodzda Milli Film Məktəbinin mühazirəçisidir.

Rejissor və onun filmləri haqqında daha çox məlumat əldə edin:http://culture.pl/en/work/brothers-wojciech-staron

İŞTİRAK ÜÇÜN QEYDİYYAT:
Zəhmət olmasa, qeydiyyat formasını burada doldurun: Qeydiyyat

Tarix: 17 oktyabr, 14:00-17:00
Məkan: YARAT Müasir İncəsənt Mərkəzi, (Bayıl qəs., Dövlət Bayrağı Meydanına yaxın)
Giriş hər kəs üçün sərbəstdir

Bir cavab yazın

Back to top button