19 Fevral 22:41

VR texnologiyalarının innovativ sahibkarlıqda tətbiqi üzrə təlim

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun təşkilatçılığı və BMT-nin Beynəlxalq Ticarət Mərkəzinin dəstəyi ilə Virtual Reallıq texnologiyalarının innovativ sahibkarlıqda tətbiqi üzrə təlim keçiriləcək. Təlimdə immersiv media texnologiyaları və onların innovativ sahibkarlıq fəaliyyətində tətbiqi, VR və AR texnologiyaları üzrə nəzəri və praktiki biliklər əhatə olunacaqdır. İştirakçılar 360° video kontentin çəkilməsi, redaktəsi və internet resurslarda yerləşdirilməsi ilə bağlı əsas bacarıqlara yiyələnəcəklər.

Təlim iştirakçılarına olan tələblər:
1) 2D video redaktə bacarığı (Adobe Premiere və ya alternativ);

2) Foto redaktə və ya touchup proqram təminatından istifadə bacarığı;
3) İngilis dili biliyi (yüksək səviyyədə);
4) Sahə üzrə ümumi təcrübəsi və məlumatı olmalı.

Qeyd: Təlim ingilis dilində aparılacaq. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaqdır. Təlimdə iştirak ödənişsizdir.
Təlimdə iştirakçı sayı məhduddur. Yalnız seçilmiş namizədlər təlimdə iştirak edəcəklər.
Təlimçi: Mohamed Es Fih (Beynəlxalq Ticarət Mərkəzinin eksperti)

Təlimin keçirilmə tarixi: 22 fevral 2019-cu il
Təlimin keçirilmə yeri: İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Bakı şəhəri, İnşaatçılar prospekti 4
Təlimdə iştirak etmək istəyənlərdən qeyd olunan link vasitəsilə qeydiyyatdan keçmək tələb olunur.
https://goo.gl/forms/uNRazbno0meanmek2
Qeydiyyat üçün son tarix: 20.02.2019, saat 12:00
Əlaqə vasitələri: Tel: (+994 12) 538 37 87 (daxili 118)
Mob: (+994 50) 216 31 39
E-mail: [email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)