26 Oktyabr 18:43

Vurğun Əyyub adına təqaüd proqramı təsis edilib

Azərbaycanda ilk dəfə test üsulu ilə tələbə qəbulu prosesinə rəhbərlik edən və ötən ay vəfat edən Vurğun Əyyub adına təqaüd proqramı təsis edilib.
Təqaüd proqramının məqsədi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq sədri, Azərbaycan təhsilinin inkişafına böyük töhfələri olan Vurğun Əyyubun adını yaşatmaqdır.
Bu məqsədlə təqaüd proqramına müraciətləri qiymətləndirmək üçün Təqaüd Komissiyası təşkil edilib. Komissiya müraciətləri qiymətləndirərək 10 ay müddətində təqaüdlər veriləcək. Hər təhsil ilində təqaüdçü sayı və məbləğində dəyişiklik olacaq.
Qeyd edək ki, təqaüd proqramı 2019-2020-ci il təhsil ilində başladılacaq.Təqaüd proqramına Azərbaycan və xaricdə təhsil alan Azərbaycan vətəndaşı tələbələr müraciət edə bilərlər.
Bəyən və paylaş

Rəylər

rəy(lər)