6 Avqust 14:44

“Web Layihələrin Yaradılması və Dizaynı” layihəsi

STEP IT Academy və Sənaye və İnnovassiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə birgə “Web Layihələrin Yaradılması və Dizaynı” layihəsi.

Bu, iki təhsil müəssisəsinin birgə fəaliyyəti çərçivəsində üçüncü tələbə qəbuludur. Tələbələr ixtisaslaşdırılmış proqram üzrə buraxılışda iki diplom alır: STEP IT Academy-nin dünyanın 19 ölkəsində tanınan beynəlxalq diplomu və peşə təhsili haqqında dövlət nümunəli diplom.

Qəbul olmaq üçün hansı şərtlərə uyğun olmaq lazımdır?

📌Ümumi orta və ya tam orta təhsil haqqında attestatınız varsa
📌Bundan öncə dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) təhsil almamısınızsa
📌Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) deyilsinizsə

Peşə təhsili müəssisələrinə qəbul prosesinin rahatlığını və şəffaflığını təmin etmək məqsədilə ərizə qəbulu 5–20 avqust 2019-cu il tarixlərində “ASAN xidmət” mərkəzlərində təşkil ediləcəkdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)