#
13 Fevral 12:31

Western Caspian-da məktəblilər üçün təlimlər davam edir

Qərbi Kaspi Universitetinin (Western Caspian University) təşkilatçılığı ilə məktəblilər arasında keçiriləcək SUMO Lego robototexnika olimpiadasının təlimləri davam edir.

Qeyd edək ki, universitetin mütəxəssislərinin iştirakı ilə olimpiadaya qatılacaq məktəblilər üçün təlimlər keçirilir.
Yarışlara qatılmış məktəblilərlə yanaşı hər bir orta məktəb şagirdi tamaşaçı qismində olimpiadada iştirak edə, robotların döyüşünü izləyə bilər.

Olimpiadanın təşkilat komitəsindən verilən məlumata görə, yarışmada məktəblilərdən ibarət 40-a yaxın komanda iştirak edəcək.

Robototexnika olimpiadasının keçirilmə məqsədi məktəblilər arasında mühəndislik ixtisaslarının təbliği, bütün dünyada, o cümlədən ölkəmizdə də əmək bazarında tələbat olan robototexnika mühəndisliyinin təbliği və məktəblilərin təcrübə işlərini geniş ictimaiyyətə çatdırmaqdan ibarətdir.

Olimpiada dünyaca məşhur LEGO (ev3) robototexnika konstruktoru üzərində keçiriləcək. Olimpiada şərtinə əsasən iştirak edəcək hər komanda Qərbi Kaspi Universiteti tərəfindən veriləcək LEGO ilə yapon milli güləşiçisi olan SUMO döyüşçüsü hazırlamalıdır. Hazırlanacaq olan robotun ölçüləri eni və uzunluğu 15 sm, çəkisi 1000 qramı keçməməli, hündürlük isə istənilən ölçüdə ola bilər. Hazırlanan robotlar diametri 77 sm qara rəngli, kənar ağ xətt çizgiləri 2.5 sm olan sahədə bir-birini sahədən kənara çıxarmaqla döyüşəcəklər.

Qaliblər üçün mükafatlar da nəzərdə tutulub. Belə ki, birinci yerin qalibi 1000, ikinci yerin qalibi 800, üçüncü yerə layiq görülmüş iştirakçı isə 600 AZN məbləğində mükafat qazanacaq. IV və V Yerlərin sahiblərinə isə Qərbi Kaspi Universiteti tərəfindən dəyərli hədiyyələr veriləcək.

Bəyən və paylaş

Rəylər

rəy(lər)