12 İyun 16:11

Winter Park Hotel Baku “Summer internship” təcrübə proqramı elan edir

Winter Park Hotel Baku “Summer internship” təcrübə proqramı çərçivəsində Qonaqların Qəbulu və Qeydiyyat (Front Office) şöbəsi üzrə namizədlərin qəbulunu elan edir. İngilis və Rus dil bilikləri arzuolunandır. Universitetlərin 4-cü kurs tələbələri də müraciət edə bilərlər. Təcrübə müddətində təcrübəçiyə aylıq ödəniş olunur və proqramı uğurla bitirən təcrübəçi müddət sonunda işlə təmin olunur. Maraqlanan namizədlər cv-lərini [email protected] email ünvanına göndərə bilərlər. Bütün digər məlumatlar yalnız intervyu zamanı müzakirə olunacaqdır. Yalnız seçilmiş namizədlər intervyuya dəvət ediləcəklər.

Bəyən və paylaş

Rəylər

rəy(lər)