12 Oktyabr 09:48

Wordsmith: ustad dərs və konsert

Dostlar!
Oktyabrın 16-ı YARAT Mərkəzində Baltimorlu repçi, musiqiçi və sahibkar Wordsmith tərəfindən ustad dərsi və konsert keçiriləcək.

Wordsmith – çox güclü motivasiya mesajını çatdıran hip-hop musiqisi yaradır. Onun missiyası “Məqsəd mesajı” vasitəsilə əyləndirmək və maarifləndirmək, həmişə bir nümunə olaraq, bu mesajı təmiz, keyfiyyətli və çoxsatılan “kütlələr üçün musiqi” ilə əlaqələndirməkdir.

Wordsmith öz şüurlu-kommersiya hip-hop musiqisi və teatr tamaşaları ilə milli və beynəlxalq səhnələrdə şəhərini təmsil etməyə çalışır. Onun nalayiq sözlərdən təmizlənmiş, ilhamlandırıcı mesajla dolu məzmunlu və bütün yaş dövrlərini əyləndirən mahnıları, əsasən adi fəhlə təbəqəsinə ünvanlanıb.

19:00 > 19:30 – Ustad dərsi
19:30 > 20:30 – Konsert

Giriş sərbəstdir

Bəyən və paylaş

Rəylər

rəy(lər)