WorldSkills Azerbaijan platforması təcrübəçi axtarışındadır

WorldSkills Azerbaijan platforması təcrübəçi axtarışındadır!

Təcrübəçinin rolu:
– Ölkə səviyyəsində yarışların təşkilinə dəstək;
– Kommunikasiya işlərinə dəstək;
– İnzibati işlərin icrasına dəstək.

Meyarlar:
– Azərbaycan dilinin qrammatikasına hakim olmaq və yazı bacarığı;
– Yaxşı səviyyədə ingilis dili bilikləri;
– Ali təhsil müəssisəsinin III-IV kurs tələbəsi və ya məzunu olmaq;
– MS Office proqramlarında işləmək bacarığı;
– Dəqiqlik və işlərə məsuliyyətli yanaşma;
– İşləri düzgün, strukturlu və səliqəli təşkil etmək qabiliyyəti.

Təcrübə proqramı Bakı şəhərində 3 ay müddətində ödənişli əsaslarla həyata keçirilir.

Müraciət forması:
– CV göndərmək.
-Təcrübə proqramına marağınızı e-mail-də qısa şəkildə ifadə etmək.

Müraciətinizi 15 aprel tarixinədək [email protected] e-mail ünvanına “WS Intern“ başlığı ilə göndərməyiniz xahiş olunur.

Bir cavab yazın

Back to top button