Çərşənbə axşamı, 1 İyul, 2025

“WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında iştirak üçün Kibertəhlükəsizlik üzrə Milli Yarış elan olunur


  • Dərc edildi: 2 Yanvar, 2022 - 07:56
“WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında iştirak üçün Kibertəhlükəsizlik üzrə Milli Yarış elan olunur

18 dekabr tarixindən etibarənetibarən ölkəmizi “WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında təmsil edə biləcək gənclərin seçilməsi üçün Kibertəhlükəsizlik üzrə Milli Yarışa start verilir. Üç mərhələdən ibarət yarışda 25 yaşa qədər olan gənclər iştirak edə bilərlər. Qeydiyyatdan keçmiş namizədlər arasından seçilmiş iştirakçılar ikinci mərhələdə kibertəhlükəsizlik üzrə nəzəri və praktiki sualları cavablandırmalıdırlar. Üçüncü mərhələdə isə namizədləri texniki və nəzəri çalışmalar gözləyir. Yarışın sonunda ən yaxşı nəticə göstərən iştirakçılar kibertəhlükəsizlik üzrə “WorldSkills Azerbaijan” platformasının yığma komandasına daxil olaraq “WorldSkills Shanghai 2022” beynəlxalq yarışının hazırlıq prosesinə cəlb olunacaqlar.

Qalib olan iki iştirakçı 12-17 oktyabr 2022-ci ildə “WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında Azərbaycanı təmsil etmək hüququ qazanacaq. Müraciətlər 4 yanvar 2022-ci il tarixinədək qəbul edilir. Yarışda iştirak arzusunda olan namizədlər keçidvasitəsiləqeydiyyatdan keçə bilərlər. Müsabiqə Peşə Təhsili üzrə Dövlət Agentliyi və “WorldSkills Azerbaijan” platformasının əməkdaşlığı çərçivəsində həyata keçirilir. Xatırladaq ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminəinteqrasiya etmək imkanı yaradır.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 59
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 34
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 217
Məktəbəhazırlıq qrup...