8 Noyabr 14:50

WoWoman Baku: Emosional Liderlik

Uzun illər rasional intellekt insan potansialının əsas göstəricisi və fərqləndirmə əmsalı (IQ) kimi qəbul olunmuşdur. Ancaq, son illərin araşdırmalar

İnkişaf etmiş emosional intellektə sahib insanlar:

– Özləri ilə ahəng içərisində yaşayırlar;

– Daxili dialoqları güclüdür – davamlı şəkildə güclü və zəif tərəflərini, duyğularını təhlil edib, lazımi nəticələri çıxara bilirlər;
– Onlar pozitivdirlər, qarşılarına çıxan mənzərədə əvvəlcə müsbət və faydalı olanları görüb, seçə bilirlər;
– Həyatlarındakı maneə və problemləri inkişafları üçün “dəvətnamə” sayırlar. Onlar gələcəyə nikbinliklə baxırlar – hər zaman özlərini ruhlandırır və həvəsləndirirlər;
– Qrup, kollektiv və ya cəmiyyətdə hər zaman böyük simpatiya sahibi olurlar;
– Onlarda sosial məsuliyyət hissi güclüdür;
– Ünsiyyət bacarığının inkişaf etdirilməsi bu şəxsləri yaxşı dinləyiciyə çevririr;
– Ətrafındakıları həvəsləndirməyi, ürəkləndirməyi və onlara dəstək olmağı sevirlər.

Əgər siz də Emosional intellekt bacarığınızın hansı səviyyədə olmasını bilmək, onu inkişaf etdirəcək texnikalardan agah olmaq istəyirsinizsə, Hesab.az-ın dəstəyi ilə baş tutacaq təlimimizə qoşulun!

Təlimin spikeri Elçin Əzimlidir. Elçin bəy Azərsun Holdinq Təlim və tədris şöbəsinin müdiri, Biznes təlimçi, Beynəlxalq Kouç Federasiyası (ICF) tərəfindən akreditasiya edilmiş peşəkar kouçdur.
İstanbul Universitetinin Politologiya Fakultəsindən məzun olmuşdur. Adler Kouçinq Məktəbinin məzunudur. 18 illik iş təcrübəsinə malikdir.
www.coaching.az – şəxsi inkişaf portalının qurucusu və baş redaktorudur.

🆓İştirak ödənişsizdir.

📨Qeydiyyat linki : http://clc.am/MiCqwA

🗓Tarix: 18 noyabr

⏰Başlama saatı: 11:00

📍Ünvan: The Office

📞Əlavə suallar üçün Gültən Əsgərli ilə +994707082268 əlaqə saxlaya bilərsiniz.

Bəyən və paylaş

Rəylər

rəy(lər)