WOWOMAN: Daxili Motivasiya üçün 3D Səyahət

WOWOMAN qadınların professional və şəxsi inkişaf üçün yaradılmış platformadır. Biz, Project Managemt, Marketing, Public Speaking kimi treninqlərlə yanaşı, Zumba, Yoga, Rəqs kimi əyləncəli tədbirlər də təşkil edirik.

İndi isə sizi 15 Noyabr 2015-ci il saat 11:00da çoox maraqlı seminara dəvət edirik:

Mövzumuz “Daxili Motivasiya üçün 3D Səyahət” olacaq. Təlim müddətində iştirakçıların daxili aləmini dəyərləndirə biləcəyi 3 addımı birlikdə atacayıq. 1-ci D – Dare (Cəsarət və Kompleks) addımıdır. İştirakçılar onları maksimal performansdan yayındıran komplekslərindən danışacaq və əslində bu komplekslərin uğura aparan yolda kompas rolunu oynadığını öyrənəcəklər. 2-ci D Dream (Xəyal və hədəflər) addımıdır. Bu addım onların öz xəyallar və hədəflərini düzgün müəyyən etməyə kömək edəcək. 3-cü D Decision (Qərar) Nə etməli və necə etməli olduğunu bilən insanlar adətən qərar qismində ləngiyir. Gec verilmiş qərarlar hər şeyi korlayır. Son addımda qərar vermə mexanizmini birgə təhlil edib həmin mexanizmə əsasən gələcəkdə daha rahat və səmərəli olan qərarlar üçün zəmin yaradacayıq.

Təlimçi: Coşqun Kərimov
-İxtisasca Filoloq və Pedaqoqdur (İnglis dili və ədəbiyyatı Qafqaz Universiteti)
-Müştəri xidmətləri, satış və təqdimat bacarıqları üzrə 7+ illik təlimçi təcrübəsi var
-Dünyanın top 5 təlimçisindən biri olan Brian Tracy-dən (satış, natiqlik və vaxtın idarə edilməsiylə bağlı) master klass almışdır
-Azercell MMC-də təlimçi mütəxəssis olmuşdur
-VitalCV və Manads lahiyələrin həmtəsisçisi olmuşdur.

Tədbirdə iştirak pulsuzdur.
Yerlər Məhduddur.
İştirak üçün sadəcə linkdə ki formanı doldurmaq kifayətdir
https://goo.gl/rh8vLj

Ünvan: Af Business House, High Tech Park, Nizami küç 203
Hər hansı bir sualınız yaranarsa
Arzu Aghazamanova ilə əlaqə saxlaya bilərsiz.

Telefon: 050-682-84-78

Bir cavab yazın

Back to top button