4 Fevral 17:55

WoWoman in ME – 3rd Edition Regions

Əziz xanımlar və cənablar,

Qarşılayın, ABŞ-ın Azərbaycandakı Səfirliyinin və “ASAN Könüllüləri” Təşkilatının dəstəyi ilə “WoWoman in ME” proqramı bu dəfə Quba və Masallıda baş tutacaq. İndi Qubadan və Masallıdan olan qızlara Stanford proqramının əsnasında sahibkarlıq proqramını öyrənmək imkanı, dizayn düşüncəni inkişaf etmənin yolları, komanda yaratmaq və layihələrini həyata keçirtmək üçün 500 azn qazanma şansı da həmçinin veriləcək. Və Siz öz regionunuz-da WoWoman təmsilçisi olma imkanınız olacaq
BÜTÜN DETALLAR SAYTDA, əlavə olaraq oxuyun (http://wowoman.org/weinmeregional2019) .

WoWoman ən böyük arzu və məqsədlərin gerçəkləşməsi üçün məkan və imkanlar yaratmaq naminə təsis edilmiş qadın inkişaf platformasıdır.

“WoWoman in ME” – xanımlara gündəlik həyatları və peşəkar karyeralarına sahibkarsayağı yanaşma tərzi ilə proaktiv lider olmağı öyrənməkdə lazım olan güvən, mühit və real imkanları təmin etmək üçün təşkil olunmuş xüsusi proqramdır.

📌Proqram nədən ibarətdir?
6 sessiya 📊

📌Hər sessiya həftəsonları: Şənbə günləri 09:30-16:00, Bazar günləri 09:30-16:00 (dəqiq tarix aşağıda qeyd olunmuşdur)

4 “Facilitators” 👥
📌Aparıcı yerli peşəkarlar sessiya müddətində məqsədlərinizə çatmaqda yardım etmək üçün öz zaman və enerjilərini sizlərə həsr edəcəklər

3 ay fərdi mentorluq 📚
📌Fərdi proqram sonrası mentorluq fəaliyyətiniz və sizə gərəkən dəstəyi müzakirə etmək üçün mentorunuzla şəxsən və ya onlayn şəkildə görüş daxildir

Sizləri nələr gözləyir? 💁🏻♀

İnteraktiv sessiyalar 💡
Klassik məktəbsayağı mühazirələr gözləməyin, daima hərəkətdə olacaq, öz daxilinizə qərq olacaq və hər addımınızda böyüyəcəksiniz

Tapşırıq və öhdəliklər 📊
Hər sessiya sonrası bir həftə boyunca yerinə yetirilməsi gərəkən fərdi və ya komanda tapşırıqları və öhdəliklər veriləcəkdir

Əyləncə və yeni mühit 👥
Həmfikirlərinizlə tanış olacaq, qabaqcıl yerli peşəkarlar tərəfindən mentor olunacaq və rəqs dərsləri və digər fəaliyyətlər daxil olmaqla bolluca əylənəcəksiniz.

Bu 3 həftəlik intensiv proqramdır. Daha yaxşı nəticələr əldə etmək üçün bütün dərslərdə iştirakınız tələb olunur.

Modul 1:
📅Xəyal qur
Bu modulda biz:
● Özünə inamı formalaşdırmaq
● Növbəti 3 ay üçün məqsədlərinizi müəyyən etməyə kömək etmək
● Və onlara nail olmaq üçün fəaliyyət planı üzərində çalışacayıq

Modul 2:
📅Cəhd et
Bu modulda öyrənəcəkləriniz:
● reallığınıza sahib çıxmaq
● problemləri həlletmə və qərar qəbuletmə bacarığınızı inkişaf etdirmək
● sahibkarlıq və proaktiv yanaşma tərzini təkmilləşdirmək

Modul 3:
📅İnkişaf et
3-cü modulda fokuslanacağımız məqamlar:
● ünsiyyət qurma bacarıqlarınızın inkişafı;
● natiqlik bacarıqları
● özünü idarəetmə və menecmentlik

Modul 4:
📅Əhatəni genişləndir
Burada başqaları ilə, həmçinin ən mühüm insan – özünüzlə ünsiyyət qurmaq haqda danışacayıq. Beləliklə, müzakirəedəcəyimiz mövzular:
● şəbəkələşmə və danışıqların aparılması bacarıqları;
● fərdi brendinq və oriyentasiya
● özünüsevmə və dərketmə

Modul 5:
📅Ilhamlan
Burada sizi möcüzələr gözləyir:
● buraxılış mərasimi
● ötən həftələr boyunca sizi qazandığınız biliklərin, ən çılğın, dəlisov və “qeyri-mümkün” görünən arzularınızın gerçəkləşdirməsinin tətbiqinə ilhamlandırmaq üçün bir araya toplanan beynəlxalq və yerli spikerlərin iştirakı ilə böyük konfrans

İŞTİRAK HAQQI
💯Tərəfdaşlarmızın dəstəyi sayəsində bu möhtəşəm proqram sizlər üçün ÖDƏNİŞSİZDİR.

Kofe breyk və lanç bizim tərəfimizdən ödənilir!

MÜKƏMMƏL XƏBƏR!
Hər bir regionda 3 qalib komanda öz ideyalarını həyata keçirtmək üçün 200, 300 və 500 azn alacaqlar.

Proqramın tarixi

Quba:
16-17 Mart (09:30-16:00)
6-7 Aprel (09:30-16:00)
20-21 Aprel (09:30-16:00)

Masallı:
30-31 Mart (09:30-16:00)
13-14 Aprel (09:30-16:00)
27-28 Aprel (09:30-16:00)

📌Proqram kimlər üçündür?
👩🏻Tələbələr və/və ya peşəkar karyeralarının erkən pillələrində olanlar
🏻Öyrənmək, inkişaf etmək və təcrübələrini paylaşmağa hazır olanlar

❗TƏLƏBLƏR
📌6 sessiya hər birində və 3 aylıq mentorluqda, iştirakınız vacibdir.
📌Eyni zamanda həftə ərzində verilən qrup və ya fərdi tapşırıqları yerinə yetirmək lazımdır.

📌Qeydiyyat formu – açıqdır.

İştirakçıları qeydiyyat ərəfəsində seçəciyik, bu o deməkdir ki, nə qədər tez bir vaxta qeydiyyatdan keçsəz, bir o qədər şansınız artacaqdır.

Nəticələr – sonda açıqlanacaq.

Qeydiyyat linki : http://clc.am/6IlPBw

Müraciət üçün son tarix: 25 FEVRAL

Hər hansısa bir sualınız olsa Layihə Meneceri ilə əlaqə saxlaya bilərsiniz : Gultan Asgarli +994708852097

Bəyən və paylaş

Rəylər

rəy(lər)