6 Oktyabr 11:28

WoWoman: Öz stilini yarat

Hər bir insanın digərindən fərqli, özünəməxsus bədən quruluşu vardır. Tamamilə bir-birinin bənzəri olan və eyni xarici görünüşə malik iki insan tapmaq çətindir. Elə geyim tərzi yoxdur ki, hamının əyninə eyni cür oturub, eyni cür yaraşsın. Bir qadının əynində gözəl və göstərişli görünən paltar başqasında zövqsüz və göstərişsiz görünə bilər. Bu, heç də bir qadının ideal, digərinin isə qüsurlu bədən quruluşuna sahib olması demək deyildir. Sadəcə olaraq, müəyyən paltar bir qadına yaraşır, yəni onun bədən quruluşuna və xarici görünüşünə uyğun gəlir, o birinə isə yaraşmır, qüsurlarını qabardır, gözəlliyini itirir.

Seminar zamanı aşağıdakıları öyrənəcəksiniz:
– Stil Anlayışı. Fərqli stillər.

– İmicin formalaşması və təsiri
– Bədən tipləri. Bədən quruluşuna görə geyim seçimi. Bədən tiplərində ən çox edilən səhvlər.
– Alış – verişdə etdiyimiz 10 səhv.

Təlimçi: Pərvin Bağırova

– Milan Fashion Campus və University of Fashion məzunu
– İtaliyanın “İstituto di Moda Burgo” universitetinin məzunu
– M Fashion School yaradıcısı və təsisçisi
– Modamaniya online dəb jurnalının (www.modamaniya.com) təsisçisi və baş redaktoru
– “Özün yarat” layihəsinin kreativ direktoru
– Stil Akademiyasının həmtəsisçisi

Tədbirdə iştirak pulsuzdur.
Yerlər Məhduddur.
İştirak üçün sadəcə linkdə ki formanı doldurmaq kifayətdir
Qeydiyyat

9 oktyabr saat 16:00

Ünvan: Barama İnnovasiya və Sahibkarlıq mərkəzi
Hər hansı bir sualınız yaranarsa Arzu Ağazamanova ilə əlaqə saxlaya bilərsiz.

050-682-84-78

Bəyən və paylaş