WOWOMAN: Self Management

WOWOMAN qadınların professional və şəxsi inkişaf üçün yaradılmış platformadır. Biz, Project Managemt, Marketing, Public Speaking kimi treninqlərlə yanaşı, Zumba, Yoga, Rəqs kimi əyləncəli tədbirlər də təşkil edirik.

İndi isə sizi 31Yanvar 2016-ci il saat 11:00da “Self Management” adlı tədbirə dəvət edirik:

Təlim zamanı bu mövzular müzakirə olunacaq

Özünüzü necə effektiv idarə etmək
Arzularınızı və hədəflərinizə necə çatmaq
Şəxsi həyatımdan 10 hekayə

Təlimçi Zara Apetrei Hüseynova olacaq. Zara Apetrei Hüseynova – qadınların peşəkar və şəxsiyyət kimi inkişafına xidmət edən platformanın və bundan əlavə, toy-bayram geyimləri üzrə ixtisaslaşan ALZA adlı butikin təsisçisi və rəhbəridir.
Məktəbi bitirib Atlanta şəhərində Corciya Ştatı Universitetinin menecment fakültəsinə daxil olan kimi (qəhrəmanımız Azərbaycan Dövlət Neft Akademiyasının tərəfdaşlığı ilə hazırlanmış proqram üzrə orada təhsil alıb), Zara Hüseynova dərhal dünyanın ən böyük tələbə təşkilatı olan AIESEC-nin yerli nümayəndəliyinə başçılıq etdi.
WOWOMAN onlayn platforması qadınların peşəkar və şəxsiyyət kimi inkişafına xidmət edən bir məkan yaratdı, xanımlara öz xəyallarını gerçəkləşdirmək imkanı bəxş etdi.
18 yaşında olarkən Zara Hüseynova, demək olar ki, heç bir start kapitalı və kənardan dəstəyi olmadan, özünün ALZA butikini təsis etdi. Məharətli idarəçilik sayəsində bu gün həmin mağazanın artıq şəhərin mərkəzində yerləşən böyük bir sərgi salonu da vardır.
Sahibkarlıq fəaliyyətindən əlavə, son 5 ildə Zara Hüseynova həmçinin treninqlər keçirməklə məşğuldur, yerli və beynəlxalq konfransların fasilitatoru (bələdçi, istiqamət verən) və aparıcısı qismində çıxış edir. O, həmçinin ABŞ Dövlət Departamentinin tələbə mübadiləsi proqramının məzunudur: bu proqram çərçivəsində Zara Hüseynova Massaçusets Universitetində (Amherst şəhərində) İctimai Siyasət və Sosial Sahibkarlıq üzrə təhsil alıb. Həmçinin idman-bal rəqsləri üzrə beşqat ölkə çempionudur, Azərbaycanı Avropa və dünya çempionatlarında dəfələrlə təmsil edib.

Tədbirdə iştirak pulsuzdur.
Tədbir Inglis dilində olacaq
Yerlər Məhduddur.
İştirak üçün sadəcə linkdə ki formanı doldurmaq kifayətdir
https://goo.gl/Rmb1hb

Ünvan: Af Business House, High Tech Park, Nizami küç 203
Hər hansı bir sualınız yaranarsa
Arzu Aghazamanova ilə əlaqə saxlaya bilərsiz.

Telefon: 050-682-84-78

Bir cavab yazın

Back to top button