17 May 19:01

“WWW/Internet 2018” konfransı keçiriləcək

21-23 oktyabr 2018-ci il tarixlərdə Macarıstanın Budapeşt şəhərində XVII “WWW/Internet 2018” beynəlxalq konfransı keçiriləcək.

Tədbir son illər ərzində böyük inkişaf yolu keçmiş ümumdünya hörümçək toru və İnternet ilə bağlı əsas problemləri əhatə edəcək. Konfransa təqdim olunmuş ən yaxşı məqalələrin genişləndirilmiş versiyaları “IADIS International Journal on WWW/Internet”də dərc olunmaq üçün seçiləcək. Konfrans materialları “INSPEC”, “Elsevier”, “Scopus”, “EBSCO” və digər əhəmiyyətli bazalarda indeksləşdirilmək üçün təqdim olunacaq.

Qeyd edək ki, konfransa məqalələr 25 may 2018-ci il tarixinədək qəbul edilir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)