“Xəmsə” Milli İntellektual Oyunu üzrə Gənclər arasında (17-29 yaş) VIII Azərbaycan çempionatı

Diqqət!!! Əziz Sumqayıtlı Gənclər!
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Gənclərin İntellektual İnkişaf Mərkəzinin birgə layihəsi olan “Xəmsə” Milli İntellektual Oyunu üzrə Gənclər arasında (17-29 yaş) VIII Azərbaycan çempionatına start verilir.
Layihə çərçivəsində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi “Sumqayıt İntellektual Mərkəzi” ilə birgə 13 mart 2016-cı il tarixində saat 10:00-da “Sumqayıt Gənclər Evi”ndə Çempionatın I mərhələsini – şəhər seçim turunu keçirəcəkdir. Qalib olan 4 komanda Sumqayıt şəhərində təşkil ediləcək Abşeron zonası üzrə oyunlarda iştirak hüququ qazanacaqdır.
İştirak şərtləri: İştirak etmək istəyənlər 5 nəfərdən (2 nəfər ehtiyat oyunçu qeyd etmək mümkündü) ibarət komandanı formalaşdırmalı (17-29 yaş), “sifariş vərəqəsini” doldurmalı və 12 mart 2016-cı il saat 18.00-dək aşağıdakı keçidə daxil olaraq qeydiyyatdan keçmələdirlər.
http://goo.gl/forms/Fs6X1DJUOT
QEYD. Qeydiyyatdan ən tez keçmiş 16 komanda seçim mərhələsində iştirak edəcək.
Əlaqə vasitələri: (018) 655 47 32, 655 31 50
Mobil: 055 673 42 98, 055 887 42 52
gmail: [email protected]
e-mail: [email protected]

Bir cavab yazın

Back to top button